Bakı-2019: Azərbaycan atleti finalda 13-cü olub

Bakı-2019: Azərbaycan atleti finalda 13-cü olub
# 27 iyul 2019 12:06 (UTC +04:00)

Avropa Gənclər Yay Olimpiya Festivalında atletika yarışları davam edir.

APA-nın məlumatına görə, festivalın son günündə Azərbaycan millisinin üzvü Çingiz İsrafilov medallar uğrunda mübarizə aparıb.

O, oğlanların üçtəkanla tullanma yarışlarında final mərhələsində qüvvəsini sınayıb. 13,67 m nəticəyə imza atan atletimiz finala qatılan 13 iştirakçı arasında sonuncu olub. Bununla atletika yığmamız festivalda çıxışını başa vurub. 18 atletimizdən heç biri yarışda medal qazana bilməyib.

Qeyd edək ki, üçtəkanla tullanmada kiprli Qriqoris Nikolaou qalib gəlib. O, 15,45 m tullanmağa nail olub.

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR