Bakı-2019: Azərbaycan basketbolçuları festivalın favoritlərdən biri ilə qarşılaşıb

Bakı-2019: Azərbaycan basketbolçuları festivalın favoritlərdən biri ilə qarşılaşıb
# 22 iyul 2019 21:35 (UTC +04:00)

Oğlan basketbolçulardan ibarət Azərbaycan yığması XV Avropa Gənclər Yay Olimpiya Festivalında mübarizəyə başlayıb.

APA-nın məlumatına görə, A qrupunda çıxış edən millimiz “Sərhədçi Arena”da Serbiya ilə qüvvəsini sınayıb.

Avropa basketbolunun liderlərindən sayılan və yarışın favoritlərindən olan balkanlılar 77:39 (19:9, 16:7, 17:12, 25:11) hesablı qələbə qazanıblar. Qrupun hazırda davam edən digər matçında Fransa ilə Xorvatiya üz-üzə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR