Bakı-2019: Azərbaycan basketbolçuları son oyunda qələbə qazanıblar

Bakı-2019: Azərbaycan basketbolçuları son oyunda qələbə qazanıblar
# 27 iyul 2019 13:17 (UTC +04:00)

Oğlan basketbolçulardan ibarət Azərbaycan yığması Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında son oyununu keçirib.

APA-nın məlumatına görə, millimiz 7-ci yer uğrunda qarşılaşmada qüvvəsini sınayıb.

Komandamız qrup mərhələsində də görüşdüyü Xorvatiya ilə üz-üzə gəlib. Basketbolçularımız turnirdə ikinci qələbəsini də balkanlılarla görüşdə qazanıb. Matç ərzində xorvatiyalılar üstün durumda olsalar da, yığmamız sonuncu hissədə dönüş yarada bilib – 64:51 (13:14, 13:13, 12:18, 26:6).

Bununla da iki qələbə və üç məğlubiyyəti olan komandamız yekunda 7-ci olub.

Qeyd edək ki, A qrupunda Serbiyaya 39:77, Fransaya 45:53 hesabı ilə uduzan millimiz Xorvatiyanı 58:54 hesabı ilə yenib, 5-8-ci yerlər uğrunda görüşdə Yunanıstana məğlub olub – 29:66.

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR