Bakı-2019: Azərbaycan basketbolçuları Yunanıstana uduzub

Bakı-2019: Azərbaycan basketbolçuları Yunanıstana uduzub
# 26 iyul 2019 20:54 (UTC +04:00)

Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalının basketbol yarışlarında növbəti oyunlar keçirilib.

APA-nın məlumatına görə, qrupda 3-cü yeri tutaraq yarımfinaldan kənar qalan oğlanlardan ibarət Azərbaycan yığması 5-8-ci yerlər uğrunda mübarizəyə başlayıb.

Komandamız Yunanıstanla üz-üzə gəlib. Yığmamız bu matçda 29:66 (12:19, 4:14, 7:14, 6:19) hesabı ilə məğlub olub.

Milli sabah 7-ci yer uğrunda matçda qüvvəsini sınayacaq. Saat 11:15-də başlayacaq görüşdəki rəqib bu gün baş tutacaq Litva – Serbiya görüşündə müəyyənləşəcək.

Qeyd edək ki, yığmamız bunadək qrupda keçirdiyi üç oyundan yalnız birində qalib gəlib.

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR