Bakı-2019: Azərbaycan gimnastı çıxışını başa vurub

Bakı-2019: Azərbaycan gimnastı çıxışını başa vurub
# 24 iyul 2019 13:49 (UTC +04:00)

Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikasında qızlar mübarizəyə qoşulub.

APA-nın məlumatına görə, ilk yarış günündə idmançılar komanda yarışında qüvvəsini sınayır.

Bu, həm də fərdi çoxnövçülük və ayrı-ayrı hərəkətlər üçün təsnifat xarakteri daşıyır. Azərbaycan komanda yarışında təmsil olunmasa da, yeganə idmançımız Milana Minakovskaya bacarığını nümayiş etdirib.

O, ikinci qrupda azarkeşlər önünə çıxıb. Gimnastımız 4 hərəkətin cəmində 44,300 xal toplayıb. İlk qrupun iştirakçıları arasında 31-ci pillədə qərarlaşan M.Minakovskaya finala vəsiqə şansını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR