Bakı-2019: Azərbaycan gimnastı üç finalda iştirak hüququ qazanıb - FOTOSESSİYA

Bakı-2019: Azərbaycan gimnastı üç finalda iştirak hüququ qazanıb - FOTOSESSİYA
# 23 iyul 2019 19:44 (UTC +04:00)

Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində idman gimnastikası yarışlarına start verilib.

APA-nın məlumatına görə, bu idman növü üzrə yarışların ilk günündə oğlanlardan ibarət komandalar mükafatçıları müəyyənləşdiriblər.

Ukrayna millisi qızıl, Rusiya gümüş, İtaliya isə bürünc medala yiyələnib. Mənsum Səfərov, Səməd Məmmədli və Ağakazım Rüstəmovdan ibarət Azərbaycan komandası isə ümumi hesabda 11-ci yeri tutub.

Komanda yarışları fərdi çoxnövçülük və ayrı-ayrı hərəkətlər üçün təsnifat xarakteri də daşıyıb. Təmsilçilərimizdən S. Məmmədli 78,500 xal toplayaraq, 8-ci yeri tutub. Bu ona çoxnövçülükdə mübarizə aparmaq şansı verib. O, həmçinin at və sərbəst hərəkətdə finala yüksəlib. Gimnastımız müvafiq olaraq, 13,200 xalla 7-ci və 13,800 xalla 5-ci yeri tutub.

Qeyd edək ki, oğlanların çoxnövçülük yarışları iyulun 25-də, ayrı-ayrı hərəkətlərdə mübarizəsi isə ayın 26-da və 27-də baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR