Bakı-2019: Azərbaycan həndbolçuları qrup mərhələsini sonuncu yerdə başa vurublar

Bakı-2019: Azərbaycan həndbolçuları qrup mərhələsini sonuncu yerdə başa vurublar
# 24 iyul 2019 16:33 (UTC +04:00)

Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalının həndbol yarışları davam edir.

APA-nın məlumatına görə, bu gün qrup mərhələsində sonuncu – III turun oyunları keçirilir.

Qızlardan ibarət Azərbaycan millisinin mübarizə apardığı B qrupunda günün hər iki matçı sona çatıb. Yığmamız Çexiya ilə qarşılaşıb.

İlk iki turda uduzan komandaların duelində rəqib qələbə qazanıb – 33:17. Beləliklə, millimiz qrupda 4-cü yeri tutub və 5-8-ci yerlər uğrunda mübarizə aparacaq. Komandamız iyulun 26-da A qrupunun üçüncüsü ilə görüşəcək.

Qeyd edək ki, qrupumuzun digər qarşılaşmasında yarımfinala vəsiqəni təmin edən komandalar üz-üzə gəlib və Macarıstan İsveçrəni 28:20 hesabı ilə məğlub edərək qrup qalibi olub.

Yer

Ölkə

O

Q

H

M

T

X

1

Macarıstan

3

3

0

0

105-65

6

2

İsveçrə

3

2

0

1

94-68

4

3

Çexiya

3

1

0

2

79-87

2

4

Azərbaycan

3

0

0

3

56-114

0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR