Bakı-2019: Azərbaycan həndbolçuları Rumıniyaya da uduzublar

Bakı-2019: Azərbaycan həndbolçuları Rumıniyaya da uduzublar
# 26 iyul 2019 16:26 (UTC +04:00)

Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalının həndbol yarışlarında həlledici mərhələ start götürüb.

APA-nın məlumatına görə, medallar uğrunda mübarizədən kənar qalan qızlardan ibarət Azərbaycan yığması 5-8-ci yerlər uğrunda matçlarda qüvvəsini sınayır.

Komandamız bu gün Rumıniya ilə görüşüb. 22:35 hesabı ilə uduzan milli turnirdə 4-cü məğlubiyyətini alıb.

Bu yenilgidən sonra millimiz sabah keçiriləcək son oyununda 7-ci yer üçün mübarizə aparacaq. Komandamızın rəqibi bu gün baş tutacaq Çexiya – İspaniya matçında bəlli olacaq.

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR