Bakı-2019: Azərbaycan həndbolçuları sonuncu olublar 

Bakı-2019: Azərbaycan həndbolçuları sonuncu olublar 
# 27 iyul 2019 13:21 (UTC +04:00)

Oğlanlardan ibarət Azərbaycan həndbol yığması Avropa Gənclər Yay Olimpiya Festivalında iştirakını başa vurub.

APA-nın məlumatına görə, millimiz festivalın son günündə 7-ci yer uğrunda matçda qüvvəsini sınayıb.

Komandamız Serbiya ilə qarşılaşıb. Hər iki hissədə üstün olan rəqib inamlı qələbə qazanıb – 35:14 (14:5, 21:9). Turnirdə beşinci məğlubiyyətini alan millimiz 8 komandanın qatıldığı turnirdə sonuncu yeri tutub.

Qeyd edək ki, A qrupunda çıxış edən komandamız Almaniyaya 9:45, Danimarkaya 8:32, Serbiyaya 9:39, 5-8-ci yerlər uğrunda görüşdə isə İslandiyaya 11:48 hesabı ilə məğlub olub.

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR