Bakı-2019: Azərbaycan millisinin bayraqdarı müəyyənləşib - YENİLƏNİB

Bakı-2019: Azərbaycan millisinin bayraqdarı müəyyənləşib - YENİLƏNİB
# 19 iyul 2019 13:53 (UTC +04:00)

İyulun 21-27-də Bakıda keçiriləcək Avropa Yay Gənclər Olimpiya Festivalında Azərbaycan millisinin bayraqdarı dəqiqləşib.

APA-nın məlumatına görə, “Judo Club 2012” açılış mərasimində iştirakçı ölkələrin paradı zamanı ölkəmizin üçrəngli bayrağını cüdoçu Hüseyn Məmmədovun daşıyacağı açıqlasa da, etimad başqa idmançıya göstərilib.

Belə ki, Azərbaycan Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə bu gün qurumun nümayəndələri ilə XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi üzvlərinin birgə iclası keçirilib.
Yığıncaqda əsas müzakirə mövzusu Olimpiya Festivalında Azərbaycanın bayraqdarının müəyyən edilməsi olub. İştirakçılar seçimdə cüdoçu, 15 yaşlı Vüqar Talıbova üstünlük veriblər.

İyulun 21-də keçiriləcək XV Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində Azərbaycanın bayrağını məhz o daşıyacaq.

V. Talıbov 2018-ci il Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi, Avropa Kubokunun sahibi, eləcə də Afrika Kubokunun gümüş və Asiya Kubokunun bürünc mükafatçısıdır.

Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Yarış zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.


Açılış mərasimi iyulun 21-də saat 20:00-da başlayacaq.

***

Saat. 10:01

İyulun 21-27-də Bakıda keçiriləcək Avropa Yay Gənclər Olimpiya Festivalında Azərbaycan millisinin bayraqdarı müəyyənləşib.

APA-nın məlumatına görə, açılış mərasimində iştirakçı ölkələrin paradı zamanı ölkəmizin üçrəngli bayrağını Hüseyn Məmmədov daşıyacaq.

“Judo Club 2012”nin üzvü yarışda Azərbaycanın cüdo yığmasının heyətində +90 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.

Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Yarış zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Açılış mərasimi iyulun 21-də saat 20:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR