Bakı-2019: Azərbaycan tennisçiləri fərdi yarışlarda çıxışlarını bitiriblər - FOTOSESSİYA

Bakı-2019: Azərbaycan tennisçiləri fərdi yarışlarda çıxışlarını bitiriblər - FOTOSESSİYA
# 22 iyul 2019 15:15 (UTC +04:00)

Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları davam edir.

APA-nın məlumatına görə, bu gün Azərbaycan yığmasının daha iki tennisçisi korta çıxıb.

Fərdi yarışlarda qüvvəsini sınayan təmsilçilərimizin çıxışı uğursuz alınıb. Hər iki tennisçi mübarizəni 1/32 finalda dayandırıb.

Oğlanların yarışında Kənan Qasımov Alessio Basile (Belçika) ilə görüşdə rəqibinə müqavimət göstərsə də, 1 saat 47 dəqiqə sürən qarşılaşmada uduzub – 4:6, 5:7.

Qızların mübarizəsində isə Alina Hüseynova rəqibi Jülyet Bovi (Belçika) önündə aciz qalıb. O, 51 dəqiqə ərzində cəmi geym uda bilib – 0:6, 1:6.

Qeyd edək ki, bir gün öncə digər iki tennisçimiz Tamerlan Əzizovla Polina Drobişeva da mübarizəni dayandırmışdı. Amma onlar cütlərdə də yarışacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR