Bakı-2019: Azərbaycan üzgüçüləri Festivalı medalsız başa vurublar

Bakı-2019: Azərbaycan üzgüçüləri Festivalı medalsız başa vurublar
# 26 iyul 2019 17:38 (UTC +04:00)

Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalının üzgüçülük yarışları davam edir.

APA-nın məlumatına görə, bu idman növü üzrə Azərbaycan yığmasının üzvləri çıxışlarını başa vurublar.

Bu gün üç təmsilçimiz mübarizə aparıb. Qızların 50 m məsafəyə sərbəst üsulla üzmə yarışında Məryəm Şeyxəlizadəxəngah çıxış edib. O, təsnifatda 26,72 saniyə nəticə göstərib. 14-cü olan idmançımız yarımfinala yüksəlib. Bu mərhələdə 26,78 saniyəyə finişə çatan üzgüçü 12-ci olub və finaldan kənarda qalıb.

Oğlanların 400 m məsafəyə kompleks üzgüçülüyündə də təsnifat mərhələsi baş tutub. Əliyar Cahangirbəyov məsafəni 4 dəqiqə 55,73 saniyəyə qət edib. O, 32 iştirakçı arasında sonuncu olub.

Aysel Səfərova isə qızların sərbəst üsulla 800 m məsafəyə üzmə yarışında qüvvəsini sınayıb. O, təsnifatda 9 dəqiqə 49,00 saniyə nəticə ilə 29-cu yeri tutub.

Beləliklə, yarışa 6 idmançı ilə qatılan üzgüçülük üzrə Azərbaycan yığması festivalı medalsız başa vurub.

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR