Bakı-2019: Azərbaycan velosipedçisi finişə 73-cü çatıb - YENİLƏNİB

Bakı-2019: Azərbaycan velosipedçisi finişə 73-cü çatıb - YENİLƏNİB
# 25 iyul 2019 19:51 (UTC +04:00)

Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında velosiped idmanı yarışları başa çatıb.

APA-nın məlumatına görə, sonuncu yarışda oğlanlar şose yürüşündə sürətlərini yoxlayıblar.

75 km məsafəyə qrup ötüşməsində Azərbaycanı iki idmançı təmsil edib. Maksim Şitov 73-cü, Nofəl Nuriyev 74-cü yeri tutub. Hər iki velosipedçi finişə 2 saat 3 dəqiqə 5 saniyəyə çatıb.

82 idmançının qatıldığı yarışın qalibi adına Madis Mihkels yiyələnib. Estoniyalı velosipedçi məsafəni 1 saat 49 dəqiqə 24 saniyəyə qət edib.

***

Saat. 13:39

Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında qız velosipedçilər sonuncu yarışına çıxıblar.

APA-nın məlumatına görə, idmançılar şose yürüşündə sürətlərini yoxlayıblar.

50 km məsafəyə qrup ötüşməsində Azərbaycanı Lalə Əbdürəhmanova, Məleykə İsgəndərova və Gülşən İsmayılova təmsil ediblər.

Onlardan ən yaxşı nəticəni L. Əbdürəhmanova göstərib. Məsafəni 1 saat 31 dəqiqə 35 saniyəyə qət edən təmsilçimiz 58-ci olub. Ondan 0,1 saniyə geri qalan M. İsgəndərova 59-cu yeri tutub.

75 velosipedçinin qatıldığı mübarizədə 3 nəfər finişə çatmayıb. Onlardan biri Azərbaycan idmançısı G. İsmayılova olub.

Yarışın qalibi adına isə Zoe Bakstedt yiyələnib. Böyük britaniyalı velosipedçi 1 saat 21 dəqiqə 00,00 saniyə nəticəyə imza atıb.

Qeyd edək ki, festivalda velosiped yarışlarına oğlanların qrup ötüşməsi ilə yekun vurulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR