Bakı-2019: Azərbaycan yığması son oyununda Serbiya ilə qarşılaşacaq

Bakı-2019: Azərbaycan yığması son oyununda Serbiya ilə qarşılaşacaq
# 26 iyul 2019 22:43 (UTC +04:00)

Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında oğlan həndbolçuların iştirakı ilə növbəti oyunlar keçirilib.

APA-nın məlumatına görə, qrupda keçirdiyi bütün matçlarda uduzan Azərbaycan millisi 5-8-ci yerlər uğrunda mübarizə aparır.

Komandamız bu gün İslandiya ilə görüşüb. 11:48 (4:20) hesabı ilə uduzan millimiz 7-ci yer uğrunda görüşdə meydana çıxacaq.

Yığmamız sabah saat 11:30-da başlayacaq matçda Serbiya ilə görüşəcək. Sonuncular bu gün Sloveniyaya uduzublar – 22:24.

Qeyd edək ki, finalda Xorvatiya ilə Almaniya üz-üzə gələcək.

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR