Bakı-2019: Beşinci günün gündəliyi

Bakı-2019: Beşinci günün gündəliyi
# 25 iyul 2019 01:57 (UTC +04:00)

Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalının beşinci günündə 6 idman növü üzrə yarışlar keçiriləcək.

APA-nın məlumatına görə, Azərbaycan idmançıları tennisdən başqa bütün növlərdə qüvvəsini sınayacaqlar.

Altı velosipedçimiz şosse yürüşündə mübarizə aparacaq. Üç üzgüçü də bu gün qüvvəsini sınayacaq. Onlardan biri iki dəfə starta çıxacaqsa, digəri finalda mükafat üçün yarışacaq. Atletika və cüdonun hərəsində üç, gimnastikada bir təmsilçimiz azarkeşlərini sevindirməyə çalışacaq.

25 iyul
İdman gimnastikası

12:00. Fərdi çoxnövçülük, final
Səməd Məmmədli
Atletika
09:40. Qızlar, hündürlüyə tullanma, təsnifat
Ləman Hüseynova
09:42. Qızlar, 100 m, maneələri dəf etməklə, I mərhələ
Ayana Seyuşeva
10:05. Oğlanlar, 800 m, I mərhəl
Vahid Kərimov
Velosiped idmanı
10:00. Qızlar, şosse yürüşü
Lalə Əbdürəhmanova, Məleykə İsgəndərova, Gülşən İsmayılova
17:00. Oğlanlar, şosse yürüşü
Mustafa Muxtarlı, Nofəl Nuriyev, Nikita Şitov
Üzgüçülük
09:00. Oğlanlar, 50 m, sərbəst üsulla, təsnifat
Maksim Petrenko
09:45. Oğlanlar, 100 m, batterflyay, təsnifat
Ramil Vəlizadə
10:08. Oğlanlar, 200 m, sərbəst üsulla, təsnifat
Maksim Petrenko
18:02. Qızlar, 100 m, batterflyay, final
Məryəm Şeyxəlizadəxangah
10:30. Cüdo
Qızlar
57 kq, 1/16 final
Aytac Qardaşxanlı - Erika Vauhkonen (Finlandiya)
Oğlanlar
66 kq, 1/8 final
Mətin Rzazadə - Pijus Mikalauskas (Litva) / Elguja Şinçaraşvili (Gürcüstan)
73 kq, 1/8 final
Vüqar Talıbov - Cianis Yauseyenka (Belarus) / Mustafa Həbib (Bosniya)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR