Bakı-2019: Son gündəlik

Bakı-2019: Son gündəlik
# 27 iyul 2019 01:12 (UTC +04:00)

Bu gün Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalına yekun vurulacaq.

APA-nın məlumatına görə, yarışın 7-ci – sonuncu günündə 23 dəst medal sahibini tapacaq.

Azərbaycan idmançıları iki medal üçün mübarizə aparacaqlar. Atletikada sonuncu təmsilçimiz mükafat üçün yarışacaq. Cüdoda isə qarışıq komanda mübarizəsi start götürəcək. Lakin idman gimnastikasında ehtiyatda olan Sahib Məmmədli də yarışa qoşulmaq ümidini itirməyib.

Son gündə daha üç idman növündə Azərbaycan idmançıları mübarizə aparacaq. Lakin komanda növlərindəki 4 yığmamızın hamısı 7-ci yer üçün qüvvəsini sınayacaq.

İdmançılarımızın mübarizəni əvvəldən dayandırdığı tennis yarışları da bu gün yekunlaşacaq.

Qeyd edək ki, Bakı-2019 saat 20:30-da başlayacaq bağlanış mərasimi sona çatacaq.

27 iyul
Atletika

09:15. Oğlanlar, üçtəkanla tullanma, final
Çingiz İsrafilov
İdman gimnastikası
14:00. Turnik, final
Səməd Məmmədli (ehtiyat)
Cüdo
10:30. Qarışıq komanda yarışı
1/8 final. Azərbaycan - Gürcüstan
Basketbol
Oğlanlar, 7-ci yer uğrunda
11:15. Azərbaycan - Xorvatiya
Voleybol
Oğlanlar, 7-ci yer uğrunda
11:30. Azərbaycan - Almaniya
Həndbol
Oğlanlar, 7-ci yer uğrunda
11:30. Serbiya – Azərbaycan
Qızlar, 7-ci yer uğrunda
09:30. Azərbaycan - Çexiya

20:30. Bağlanış mərasimi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR