Bakı-2019: Voleybol üzrə Azərbaycan yığması məğlub olub

Bakı-2019: Voleybol üzrə Azərbaycan yığması məğlub olub
# 22 iyul 2019 21:18 (UTC +04:00)

Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında voleybolçular mübarizəyə qoşulublar.

APA-nın məlumatına görə, oğlanlardan ibarət Azərbaycan milli komandası ilk oyununu keçirib.

A qrupunda çıxış edən yığmamız Almaniya ilə görüşüb. Qarşılaşma qonaqların qələbəsi ilə nəticələnib – 3:0 (31:29, 25:19, 25:22).

Bu qrupun digər oyununda Rusiya Belarusa qalib gəlib – 3:0 (25:20, 25:21, 25:20).

Qeyd edək ki, millimiz sabah Belarus, birigün isə Rusiya ilə üz-üzə gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR