Bakının bəzi yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Bakının bəzi yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
  • Clock-gray 11:34
  • calendar-gray 25 İyul 2019

Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalının velosiped yarışlarının final mərhələsinin keçirilməsi ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib. 

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi bölmə rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya bildirib ki, bununla əlaqədar olaraq, bu gün səhər saat 09:00-dan başlayaraq, 13:00-dək və 16:00-dan 20:00-dək Bakı-Salyan yolunun 14-cü km - Lökbatan dairəsindən mərkəzə doğru bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla, istiqamətin dəyişdirilməsi nəzərdə tutulur. 

Onun sözlərinə görə, Şıx qəsəbəsi Veloparkdan start götürəcək velosipedçilər üçün Lökbatan dairəsi istiqamətində hərəkət edərək, dairədən dövr etməklə, şəhərin mərkəzinə doğru hərəkət marşrutu nəzərdə tutulub: “Salyan şosesi ilə hərəkət edən velosipedçilər Bibiheybət məscidi - Bakı Su İdman Sarayı - Bayraq Meydanının yanından keçməklə, Azneft dairəsi, Niyazi, İstiqlaliyyət, Lermontov, Xanlar, Sara Qədimova, Qurban Abbasov küçələrindən keçərək, yenidən Bakı-Salyan yolu ilə Şıx qəsəbəsi Velopark istiqamətində dövr edəcəklər”. 

V. Əsədov avtomobil sahibləri və sürücülərin nəzərinə çatdırıb ki, alternativ yol kimi, Bakı –Salyan 14-cü km-dən üçüncü kənar dairəvi yoldan keçməklə Badamdar qəsəbəsinin küçə və prospektlərindən – Mikayıl Müşfiq, Qurd Qapısı dairəsi, Mətbuat prospekti və s., eləcə də Yasamal rayon ərazisinə düşən küçə və prospektlərdən – Z. Bünyadov, Tbilisi, İnşaatçılar və digər yollar üzrə hərəkət müəyyən edilib. 

Gülşən Hacıyeva

Digər xəbərlər

Arxiv

date