
- apa.az
- Olimpiada
Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürür
Bu gün Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı başlayır.
APA-nın məlumatına görə, yeddi gün davam edəcək yarışda 48 ölkənin gənc idmançıları qüvvəsini sınayacaq.
Avropa Olimpiya Komitələrinə (AOK) üzv olan 50 ölkədən yalnız ikisi festivalda təmsil olunmayacaq. Bunlar Ermənistan və Lixtenşteyn yığmalarıdır.
Digər 48 ölkədən 3900-a yaxın nümayəndə heyəti yarışın iştirakçısı olacaq. Onların çoxu artıq Bakıdadır və yarışın startını gözləyirlər.
14-18 yaşlı atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.
Festivalda 135 dəst medal sahibini tapacaq. Bu məqsədlə ümumilikdə 946 mükafat hazırlanıb. Onlardan 300-ü qızıl, 300-ü gümüş, 346-sı bürüncdür.
Festivalın açılış mərasimi bu gün keçiriləcək. Saat 20:00-da start götürəcək tədbir “Crystal Hall”da təşkil ediləcək. İştirakçı ölkələrin keçəcəyi paradda Azərbaycan komandasının bayraqdarı cüdoçu Vüqar Talıbov olacaq. İyulun 27-dəki bağlanış mərasimi də eyni məkana, eyni saata təsadüf edəcək.
1991-ci ildən keçirilən yarışı ilk dəfə qəbul edən Azərbaycan Bakı-2019-a ən böyük heyətlə qatılan yığmadır. Ölkəmizi 10 növdə 122 idmançı təmsil edəcək. Gimnastikada 4, atletikada 18, basketbolda 12, velosiped idmanında 6, həndbolda 30, cüdo 12, üzgüçülükdə 6, tennisdə 4, voleybolda 12 və güləşdə 18 idmançımız mübarizə aparacaq.
Bunlar arasında həmişəki kimi əsas medal ümidlərimiz güləş və cüdo olacaq. Gimnastikada da təmsilçilərimiz favoritlər sırasında yer alıblar. Üzgüçülük və atletikaya gəlincə, ən çox medalın sahibini tapacağı bu iki növ Azərbaycan üçün heç də ənənəvi sayılmır. Amma doğma divarlar arasında mükafat qazansaq, bu, sensasiya kimi qəbul olunmayacaq. Eyni sözləri tennis və velosiped idmanına da aid etmək olar.
Əsas gərgin mübarizə isə komanda idman növlərində gedəcək. Təbii ki, burada Azərbaycan yığmalarının nəticə qazanmaları böyük uğur sayılacaq. Çünki basketbol, voleybol və həndbolda qitənin ən güclü yeddi komandası da mükafatlara iddia edəcək.
Bu üç növdə ölkəmiz 4 yığma ilə təmsil olunacaq. Həndbolda həm oğlanlar, həm qızlar mübarizəyə qoşulacaqsa, basketbol və voleybolda zərif cins nümayəndələrimiz kənarda qalacaqlar.
Ev sahibi olduğumuzu nəzərə alsaq, yığmamız medal sıralamasında əsas favoritlərlərdəndir. Ən azı ilk “üçlük”də qərarlaşacağı gözlənilən millimizin əsas rəqibi Rusiya olacaq.
Qeyd edək ki, festivala güləş və tennis yarışları ilə başlayacaq.

Digər xəbərlər
XƏBƏR LENTİ
ABŞ-dakı Çin səfirliyinin iki əməkdaşı deportasiya edilib
Liqa1: Hər üç görüşdə qonaqlar qalib gəlib
Benzema “Real”ı məğlubiyyətdən xilas edib
“İnter” xal itirib, “Yuventus” liderə çatıb
Rusiyada sərnişin avtobusu aşıb, 25 nəfər yaralanıb
Bakıda əri tərəfindən döyülən qadın özünü binadan atıb
Bakıda qızı ölən ana özünü 4-cü mərtəbədən yerə atıb
Şirvanda avtomobil piyadanı vurub
Goranboyda avtomobillə vurulan məktəbli xəstəxanada ölüb
Ərdoğan ABŞ-ın Türkiyədəki hərbi bazalarının bağlanmasının aktual olduğunu bildirib
Daşkəsəndə 64 yaşlı qadının boyunu qırılıb
Rusiyada anbarda güclü yanğın baş verib
Mönhenqladbax “Borussiya”sı liderliyi qaytara bilməyib
Ərdoğan Liviya Milli Barışıq Hökumətinin başçısını qəbul edib
“Mançester Siti” səfərdə “Arsenal”ı məğlub edib
“Sivasspor” “Fənərbaxça”ya qalib gəlib, “Beşiktaş” evdə uduzub
Fransız aktrisa Anna Karina vəfat edib
Banqladeşdə fabrikdə baş verən yanğında 10 nəfər ölüb
Şəmkirdə maşınla vurulan piyada xəstəxanada ölüb - YENİLƏNİB
Mfo Kqasvane: "Zirə" mənə görə Botsvanada yaxşı tanınır” - MÜSAHİBƏ
Bakıda təcili yardım avtomobili qəzaya uğrayıb - FOTO
Konqoda terrorçular 22 nəfəri qətlə yetirib
İrəvanda Gürcüstan səfirliyinin avtomobili qarət edilib
“Qəbələ” darmadağınla qalib gəlib, paytaxtda qapılara qol vurulmayıb
Türkiyə təhlükəsizlik qüvvələri kamikadze-PUA-larla təchiz ediləcək
İraqda İŞİD-in qətlə yetirdiyi mülki şəxslərin basdırıldığı kütləvi məzarlıq aşkarlanıb
Qubada yük maşını qəzaya uğrayıb, Rusiya vətəndaşı ağır xəsarət alıb
Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb
Türkiyəyə qanunsuz miqrant axını artıb
Xalq artisti Rəfael Dadaşov xəstəxanadan evə buraxılıb
Fransada güclü külək və yağışlar 2 nəfərin ölümünə səbəb olub
Filippində 6,8 maqnitudalı zəlzələ olub, 1 nəfər ölüb - YENİLƏNİB
SSRİ-nin sabiq İnformasiya və Mətbuat naziri vəfat edib
Masallıda zəlzələ olub
Qazaxıstan Baş Prokurorluğu icazəsiz aksiya barədə xəbərdarlıq edib
Sabah Bakıda hava dumanlı olacaq, şimal və qərb rayonlarına yağış yağacaq
“Dünya gözəli-2019” müəyyənləşib
Liviyanın Misirdəki səfirliyi fəaliyyətini dayandırıb
Türkiyə Şimali Kiprdə PUA-lar üçün baza qurmağa başlayıb
Göyçayda yıxılaraq başından travma alan 9-cu sinif şagirdi ölüb
Nepalda avtobus dərəyə yuvarlanıb, 14 nəfər ölüb
Bələdiyyə seçkiləri ilə əlaqədar bildirişlərin seçicilərə paylanması prosesi başa çatır
Ermənistan silahlı bölmələri atəşkəsi 21 dəfə pozub
Bakı və Gəncədə kafe yanıb
Venesuela hökuməti müxalifətin hərbçilərə qarşı terror hücumu hazırladığını bildirib
ABŞ öz ordusunun üçdə birini Əfqanıstandan çıxarmaq niyyətindədir
Kiprin "Apollon" klubunun prezidentinin evi komandanın oyunu zamanı qarət olunub
Abşeron rayonunun Məhəmmədi kəndində əl qumbarası aşkarlanıb - FOTO
Livanda 50-dən çox etirazçı qarşıdurmalar zamanı xəsarət alıb
ABŞ İranın Fordo kəndindəki nüvə obyekti ilə bağlı sanksiyaları bərpa edir

VİDEO XƏBƏRLƏR


Bakıda Ziya Bünyadov prospektində zəncirvarı qəza baş verib, yolda tıxac yaranıb - FOTO - VİDEO

"Ulduz" şokolad fabriki “Soyuq əllər, isti ürək” yarmarkasında iştirak edir - VİDEO

DİN ötən gün "Torqovı"da baş verən hadisə ilə bağlı məlumat yayıb - VİDEO

Bakının Nərimanov rayonunda iki avtomobil toqquşub - FOTO - VİDEO

FOTO XƏBƏRLƏR

Psixoloqların diaqnostik qiymətləndirilməsi üzrə imtahan proqramı açıqlanıb

Hər zaman aldığımız karamel nədir və onun hansı növləri var? - FOTO - VİDEO

Azərbaycan yığmasının 7 cüdoçusu “Top-20”də yer alıb

“Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub - FOTOSESSİYA

Ağstafada iki ədəd 122 mm-lik raket aşkar olunub
Arxiv
TOP 5
Bakıda polisə odlu silahla müqavimət göstərən və "Torqovı"da asayişi pozan şəxslər barəsində cinayət işi başlanıb
Ramiz Zeynalov yanğın baş verən ərazidə nəqliyyatın hərəkətinin tənzimlənməsində iştirak edib - FOTO
Nazir müavini: “Yeni ildə 6 günlük məktəblərdə neçə gün tətil olacağı hələ müəyyənləşməyib"