
- apa.az
- Olimpiada
Boks üzrə Azərbaycan millisinin baş məşqçisi: "Komandama inanırdım" - MÜSAHİBƏ
Boks üzrə kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Vaqif Şirinovun APA-nın Minsk-2019 II Avropa Oyunlarına ezam olunmuş əməkdaşına müsahibəsi
- Boks üzrə Azərbaycan yığması Avropa Oyunlarında çıxışını başa vurdu. Bir qızıl və bir bürünc medal qazanan komandamızın çıxışını necə dəyərləndirərdiniz? Nəticə sizi qane etdimi?
- Mən komandama inanırdım. Yüksək səviyyədə və uğurlu hazırlıq keçirmişdik. Dörd dəfə təlim-məşq toplanışında və bir neçə beynəlxalq turnirdə iştirak etmişdik. Bu da Avropa Oyunlarında öz bəhrəsini verdi. Hakimlər qeyri-obyektiv qərarlarla diqqət mərkəzinə düşməsəydilər, nəticəmiz daha yüksək, medallarımız daha çox olardı. Hələlik ədalət təmsilçiləri ilə bağlı bu problem yoluna qoyulmur, maneələr yaradılır. Döyüşün gedişində bəzən qalib gəldiyin, ya uduzduğun bilinmir. Belə olarsa, məğlub duruma düşdüyün zaman taktikanı da dəyişmək mümkündür. Amma elə bilirsən ki, öndəsən və yekunda tabloda fərqli rəqəm görürsən. Düzdür, bəzi döyüşlərdə düzgün qərarlar verilmədiyi halda, bəzilərində özümüz də səhv buraxdıq. Amma ümumi götürsək, komandadan, uşaqlardan çox razıyam.
- Millimizin heyətində ən yaxşı nəticəyə Alfonso Dominqes imza atdı. O, qitə çempionatı statusu daşıyan Avropa Oyunlarının qalib olmaqla iki titul qazandı. Minskdə boks yarışlarının keçirildiyi "Ureçye Arena"da Azərbaycan himnini səsləndirən idmançımızın çıxışını necə şərh edərdiniz?
- Azərbaycan çempionatında uduzmasına baxmayaraq, ona inanırdım. Bilirdim ki, Dominqes beynəlxalq səviyyəli yarışlarda özünü göstərə biləcək. Verdiyim qərar da özünü doğrultdu. O, 5 görüş keçirdi. Əsasən ilk 2 döyüşü çox ağır oldu. Startda mübarizədən kənarlaşdırdığı belaruslu Mixail Dolqolevets Azərbaycanın "Baku Fires" klubunda da çıxış edib. Digər rəqib ukraynalı Stefan Hrekul isə Avropa çempionatının mükafatçısı olub. Növbəti qarşılaşmalarını da fərqləndirməzdim. Finalda üz-üzə gəldiyi böyük britaniyalı Bencamin Vittaker çox hissiyyatlı boksçu idi. Amma biz onu taktiki cəhətdən aldatmalıydıq. Düzdür, o da buna səy göstərirdi. Lakin Dominqes bütün taktiki-texniki tapşırıqları düzgün yerinə yetirdi, çempion tituluna sahib oldu. Boksçumuzun potensialı böyükdür. Hələ bəzi çatışmazlıqlarımız var. Funksional və fiziki hazırlığımızın üzərində işləməliyik.
- Digər boksçumuz - Lorenzo Sotomayor Avropa Oyunlarını bürünc medalla bitirdi. Halbuki yarımfinalın ilk 2 raundunda pis təsir bağışlamırdı. Sizcə, Olimpiya mükafatçımızın finala vəsiqə qazanması üçün nə çatmadı?
- O, taktikanı düzgün yerinə yetirirdi. Qələbə üçün çox çalışırdı. İki status daşıyan yarışda ardıcıl 3 rəqibinə qalib gəldi. Fikrimcə, Sotomayor üçün yaxşı nəticədir. Amma o, funksional hazırlığını artırmalı, üzərində işləməlidir.
- Dünya çempionumuz Cavid Çələbiyevin 1/4 finalda məğlubiyyəti birmənalı qarşılanmadı. Hətta digər görüşlərlə müqayisədə hakimlər qərarlarını bir qədər gec açıqladılar. Həmin vaxt nə baş vermişdi?
- Onun çıxışından çox razı qaldım. Çələbiyev əlindən gələni etdi. Sadəcə hakimlər çox böyük səhvə yol verdilər. 3 referi rəqibin, 2-si Cavidin lehinə qərar verdi. Hesab edirəm ki, orda nəsə "oyun" oldu. Çünki boksçumuz rəqibindən istər taktiki, istərsə də funksional baxımdan üstün döyüş nümayiş etdirmişdi.
- Rüfət Hüseynovu da medaldan cəmi bir döyüş ayırdı. Həmçinin Tayfur Əliyevin də fəxri kürsüyə qalxmaq şansı yüksək qiymətləndirilirdi. Onların çıxışını necə qiymətləndirərdiniz?
- Hər ikisi gənc və perspektivli boksçulardır. Onlara böyük ümidlər bəsləyirdik. Deyərdim ki, idman xoşbəxtliyi onların tərəfində olmadı.
- Avropa Boks Konfederasiyası yarış öncəsi “Avropa Oyunlarında onları izləmək lazımdır” bölməsində Kamran Şahsuvarlının adını xüsusi qeyd etmişdi. Lakin Olimpiya mükafatçımız gözlənilmədən 1/8 finalda məğlub oldu...
- Onda bir qədər yorğunluq yaranıb. Çox yarışlarda iştirak edib, çox döyüş keçirib. O, həmişə nəticə verib. İlk qarşılaşmasını da ağır keçirdi. İkinci döyüşündə taktiki baxımdan görüşü bir qədər düz qurmadı. Digər liderimiz - Məhəmməd Abdullayev isə ən inandığım, medal qazanmağa real namizəd idi. Özü də qızıl medal. Çünki bütün turnirlərdə gücünü sübut etmişdi. Amma bir qədər gəncdir, ola bilsin, bu amil rol oynadı. Abdullayev bolqarıstanlı ilə olan həmin döyüşü uduzmamışdı.
- Digər 3 boksçumuz - Məsud Yusifzadə, Bəxtiyar Qazıbəyov və Rahil Məmmədli də mükafatçılar sırasında düşə bilmədilər. Onların məğlubiyyətində hansı amillər rol oynadı?
- Bəxtiyarın hollandiyalı rəqibi çox güclü idi, medal da qazandı. Bizim boksçu isə gənclərdən ibarət yığmadan böyüklərə yeni gəlib. Burada bir o qədər təcrübəli deyil. Amma uduzsa da, sonadək layiqli mübarizə apardı. Yusifzadənin də rəqibi dünya çempionatının mükafatçısı idi. Mübarizəsi mənə xoş gəldi. Məmmədli isə taktiki cəhətdən döyüşü düz qurmadı. Lakin o da formasını artırmaqdadır.
- Komandanın Minsk-2019 II Avropa Oyunlarındakı çıxışını necə qiymətləndirərdiniz və yığmanın potensialı barədə nə deyə bilərsiniz?
- Yarışın yekuna əsasən analizlər aparacağıq. Komandanın potensialı var. Düzdür, biz azı 4 medal qazanacağımızı gözləyirdik. Amma iki mükafatımızın olması qənaətbəxşdir.
- Bəs bu Oyunlardan sonra yığmanın heyətində hansısa çəki dərəcələrində dəyişikliklər ola bilərmi?
- 10 çəki dərəcəsi ilə keçirilən son yarış idi. Yeni çəki dərəcələri olacaq. Bu səbəbdən hər çəkidə rəqabət yaranacaq. 49 kq-da olanlar 52-yə keçəcək, 60 kq olanlar ya 63 kq-a qalxacaqlar, ya da 57 kq-a düşəcəklər. Çəki dərəcələri hələ dəqiq bilinmir. Ona görə də indidən nəsə demək olmaz. Çox güman ki, Azərbaycan kuboku təşkil edəcəyik və orda hər şey bilinəcək.
- Qarşıda boksçularımızı daha ciddi yarışlar gözləyir. Bu ilin sentyabrında dünya çempionatı, yeni ildə Olimpadaya lisenziya xarakterli turnirlər, təxminən bir il sonra Tokio Yay Olimpiya Oyunları olacaq. Planlarınız necədir?
- Hazırda əsas hədəf Rusiya Yekaterinburq şəhərində keçiriləcək dünya çempionatıdır. Sentyabrın 7-21-də olacaq. Avropa Oyunlarının ardınca bərpaedici məşqlər planlaşdırırıq. Mundaldan sonra diqqətlər Olimpiadaya lisenziya xarakterli turnirlərə yönələcək.

Digər xəbərlər
XƏBƏR LENTİ
Gəncə sakini əməliyyat zamanı ölüb
Konstitusiya Məhkəməsi başqasının yerinə imtahan vermək istəyənlərin hüquqi məsuliyyətinə aydınlıq gətirib
Asmir Beqoviç: “Qarabağ”a oyun praktikası qazanmaq üçün gəlmişdim”
Azərbaycanda növbədənkənar parlament seçkilərini müşahidə üçün ATƏT/DTİHB və ATƏT PA-ya dəvət göndərilib
MTRŞ: 102 FM tezliyi dövlətə məxsusdur, heç kimin mülkiyyətində deyil, heç zaman satışa çıxarılmayıb
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub - YENİLƏNİB
"Azercell" Nəsiminin qəzəllərini səsləndirilərək "Bookmate"ə daxil edib - VİDEO
İordaniyanın Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri başa çatıb
Hüseyn Abdullayevin məhkəməsi davam edib
Alessandro Frakassetti: "Azərbaycanın 9 universitetində BMT modeli klubları yaradılıb"
BFB-də Maliyyə Nazirliyinin 10 mln. manatlıq istiqrazları yerləşdirilib
Vasif Talıbov Ordubadda icbari tibbi sığortanın tətbiqi ilə bağlı sərəncam imzalayıb
"Rabitəbank" Yeni il kampaniyasına start verib
Dolların sabahkı məzənnəsi açıqlanıb
Elmar Məmmədyarov Latviyaya səfər edəcək
AZAL Cənub-Şərqi Asiya ölkələrinə uçacaq
Baş Prokurorluqda Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib
BMT rəsmisi: "Milli parkların daha yaxşı idarə edilməsi üçün yeni layihə hazırlanır"
Mirşahin Ağayev: “102 FM tezliyinin Çingiz Mustafayevin adına heç bir aidiyyəti yoxdur” - VİDEO
Ərdoğan: “Tramp və Putinlə gizli agentləri olmadan əməkdaşlıq edirik”
II Dünya müharibəsində həlak olan azərbaycanlı əsgər Bryansk fəxri xiyabanında dəfn olunub - REPORTAJ
Azərbaycan-Pakistan Birgə Komissiyasının tərkibi dəyişib
Nobel Sülh Mükafatı təqdim edilib
Prezident İlham Əliyev Keniya Prezidentini təbrik edib
Televiziyada reklam satışları bu il 4% azalacaq - PROQNOZ
AZAL: Yeni təyyarələrin alınması prosesi 2029-cu ilədək davam edə bilər
Azərbaycan tələbə-könüllülərinin forumu keçirilib
Azərbaycan Ordusunun komandir heyətinin toplanışı keçirilib
Ticarət mərkəzində baş verən verən yanğında 4 nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB 2
Çexiya Serj Sarkisyanın axtarışda olan qardaşı oğlunu Ermənistana təhvil verəcək
Ceyhun Bayramov: "Azərbaycanın ali və orta ixtisas məktəblərində 23 mindən artıq könüllü var"
“Azerbaijan Digital Hub” proqramı “İlin İnfrastruktur layihəsi” mükafatına layiq görülüb
AVRO-2020-yə həsr olunan seminar başlayıb
Azərbaycanlı məşqçi "Sevilya"ya gedir
Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib
"AtaHolding" nizamnamə kapitalını kəskin azaldır
"Caspian European Club" Qazaxıstanda növbəti tədbirini keçirib - FOTO
"Normand dördlüyü" üç illik fasilədən sonra toplandı: Buzlar əriyir? - TƏHLİL
İranda qripdən ölənlərin sayı artır
Heydər Əliyev Beynəlxalq Aeroportunda bu il sərnişin axını təxminən 5 mln. nəfər təşkil edəcək
Azərbaycana gələn İordaniya kralının rəsmi qarşılanma mərasimi olub
“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb
Nazir müavini: “Su ehtiyatlarının idarə olunması hər bir ölkə üçün vacib məsələdir”
Vüsalə Mahirqızı: “APA Media Group radiotezliklə bağlı heç bir müraciət etməyib”
Dani Kintana Azərbaycan Premyer Liqasında turun oyunçusu seçilib
Rusiya və Türkiyə Suriyanın şimalında təhlükəsiz zonanı genişləndirməyəcək
Avronestin sədri: “Avropa Azərbaycanı vacib tərəfdaş kimi nəzərdən keçirir”
FHN: "EuroHome”da yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam etdirilir
Bakıda 2 nəfəri avtomobil vuraraq öldürüb
Qulam İshaqzai: "Gənclərin cəmiyyətdə oynadığı rolu daha da gücləndirmək lazımdır"

VİDEO XƏBƏRLƏR


Mirşahin Ağayev: “102 FM tezliyinin Çingiz Mustafayevin adına heç bir aidiyyəti yoxdur” - VİDEO

“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb

Məşhur parfümer Bakıda master-klass keçib - FOTO - VİDEO

"EuroHome”da yanğının söndürülməsinə təyyarə və 3 helikopter cəlb olunub - YENİLƏNİB-4 - FOTOSESSİYA - VİDEO

FOTO XƏBƏRLƏR

Psixoloqların diaqnostik qiymətləndirilməsi üzrə imtahan proqramı açıqlanıb

Hər zaman aldığımız karamel nədir və onun hansı növləri var? - FOTO - VİDEO

Azərbaycan yığmasının 7 cüdoçusu “Top-20”də yer alıb

“Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub - FOTOSESSİYA

Ağstafada iki ədəd 122 mm-lik raket aşkar olunub
Arxiv
TOP 5
Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
Ramiz Zeynalov yanğın baş verən ərazidə nəqliyyatın hərəkətinin tənzimlənməsində iştirak edib - FOTO
Azərbaycanda magistraturaya qəbul prosesi sadələşdirilə bilər
Deputat İqbal Məmmədovun oğlunun həbs müddəti uzadılıb