Firdovsi Fərzəliyev: “Final döyüşüm alınmadı”

Firdovsi Fərzəliyev: “Final döyüşüm alınmadı”
# 01 iyul 2019 12:38 (UTC +04:00)

"Avropa Oyunlarının finalındakı görüşü istədiyim kimi qura bilmədim. Qalib gəlmək, qızıl medal qazanmaq istəyirdim. II Avropa Oyunlarının çempionu olmaq niyyətində idim".

Bunu APA-nın Belarusun paytaxtı Minskdə keçirilmiş II Avropa Oyunlarına ezam olunmuş əməkdaşına Azərbaycan millisinin karateçisi Firdovsi Fərzəliyev deyib.

60 kq çəki dərəcəsində gümüş medal qazanan idmançımız yarış barədə fikirlərini açıqlayıb: "Qızıl medal əldə etmək istəyirdim. Amma yenə qeyd edim ki, final istədiyim kimi alınmadı. Uduzduğum Latviya təmsilçisi Kalvis Kalnins təcrübəli karateçidir. Ümumiyyətlə, II Avropa Oyunlarında zəif karateçilərlə üz-üzə gəlmədim. Dünya və Avropa çempionları ilə qarşılaşdım. Heç-heçə ilə başa vurduğum görüşlər də oldu. Demək olar ki, rəqiblərimin hamısını məğlub etmişəm. Finaldakı rəqibi də məğlub edə bilmişəm. Şəxsi hesabımız 1:1 idi. İndi isə o qələbə qazandı. Sadəcə olaraq, final döyüşüm alınmadı. Hər şey fikirləşdiyimiz kimi olmur. O da insandır və mənim görüşlərimə baxıb, mən də onun qarşılaşmalarını izləyirəm. O, bu dəfə məndən ağıllı oldu. Ən azı vətənə medalsız qayıtmıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR