II Avropa Oyunları öncəsi Minskdə Azərbaycan günü keçirilib - FOTOSESSİYA

II Avropa Oyunları öncəsi Minskdə Azərbaycan günü keçirilib - FOTOSESSİYA
# 21 iyun 2019 01:30 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları öncəsi Azərbaycan günü keçirilib.

APA-nın Minskə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, tədbiri Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsinin rəsmiləri, eləcə də paytaxt sakinləri izləyiblər

Azərbaycan günündə ölkəmizin mədəniyyətini əks etdirən guşə fəaliyyət göstərib. Bununla yanaşı, belaruslulara Azərbaycan şirniyyatı ilə çay süfrəsi təşkil olunub.

Tədbir II Avropa Oyunlarının səfiri, əməkdar artist Tünzalə Ağayevanın konserti ilə davam etdirilib. Yekunda "Yallı" qrupu rəqs nömrələri ilə günə toplaşanların qarşısına çıxıb.

Qeyd edək ki, Avropa Oyunları iyunun 21-30-da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR