II Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançıları Vətənə qayıdıb - FOTO- VİDEO - YENİLƏNİB-1

II Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançıları Vətənə qayıdıb - FOTO- VİDEO - YENİLƏNİB-1
# 02 iyul 2019 06:39 (UTC +04:00)

Video əlavə olunub.

***

Saat 04:27

II Avropa Oyunlarında Azərbaycanı tənsil edən idmançıların növbəti qrupu Vətənə qayıdıb.

APA xəbər verir ki, yunan-Roma güləşçiləri və boks millimiz də artıq Bakıdadır.

Azərbaycanı uğurla təmsil edən idmançıları hava limanında təntənə ilə qarşılanıb.

***

Saat 01:55

II Avropa Oyunlarında iştirak etmək üçün Belarusun paytaxtı Minskə yollanan idmançılarımız Vətənə geri dönüb.

APA xəbər verir ki, idmançıları gətirən təyyarə Heydər Əliyev adına Hava Limanına enib.

Bildirilir ki, Vətənə ilk olaraq Azərbaycan karateçiləri və akrobatları qayıdıb. Onları hava limanında idmansevərlər və musiqiçilər qarşılayıb.

Onların ardınca yunan-Roma güləşçiləri və boks millimiz Bakıya qayıdacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR