
- apa.az
- Olimpiada
II Avropa Oyunlarında "Sülh məşəli" alovlandırılıb - FOTOSESSİYA - YENİLƏNİB
II Avropa Oyunlarının rəsmi açılış mərasimi keçirilib.
APA-nın Belarusa ezam olunmuş müxbirinin verdiyi məlumata görə, tədbir paytaxt Minskdəki “Dinamo” Milli Olimpiya Stadionunda təşkil olunub.
Mərasimdə Azərbaycanı rəsmi şəxslərdən Milli Məclisin sədri Oqtay Əsədov, baş nazirin I müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə təmsil ediblər. Milli komandamızın da qatıldığı multiidman yarışının açılış mərasimi Belarusun dövlət bayrağının səhnəyə gətirilməsi ilə başlayıb. Ölkənin dövlət himni səsləndirildikdən sonra "Kupalye epizodu" nümayiş etdirilib.
Daha sonra idmançıların paradı gerçəkləşib. Azərbaycan yığması azarkeşlər önündən əlifba sırasına uyğun olaraq, altıncı keçib. Paraddan sonra "Qıjı çiçəklənəndə" adlanan şou nümayiş etdirilib. Bu, azarkeşlərə çoxlu sürpriz bəxş edib. Onlardan ən əsası, mərasimə əlavə olunmuş reallıq texnologiyalarının daxil edilməsi olub. Əfsanəyə görə, Kupala gecəsində meşə kasasında yalnız bir anlıq ayıdöşəyi çiçəyi işıqlanır. İnanclara əsasən, kim bu gülü iyləsə, dünyanın bütün sirlərini bilir. O, bitkilərin və heyvanların dilini anlamağa başlayır, gizli xəzinələri tapır, keçmişə və gələcəyə boylana bilir.
Açılış mərasimində məhz qıjı gülü barədə gözəl əfsanədən bəhs olunub. Bunun əsas arzuya - güc verən və ürəkdə alovu yandıran cəsarətli ideyaya can atma simvolu olduğu vurğulanıb. Mifik gül ən gözəl arzuları yerinə yetirməyə qadirdir. Amma onu sınaqlardan keçən, cəsur və ürəyi təmin şəxs əldə edir. Tədbirdə qıjı gülünün axtarışlarına birgə yollanmaq və qədim əfsanənin hansı mesajı verdiyini anlamaq təklif olunub. Mərasimin baş prodüseri İqor Krutoy, quruluşçu rejissoru Aleksey Seçenov olub.
Daha sonra Belarusun tarixi və əfsanələrindən bəhs edən video-çarxlar nümayiş etdirilib.
Açılış mərasimin rəsmi hissəsində BMT-nin baş katibi Antoniu Quterreşin video-müraciəti səsləndirilib. Ardınca Avropa Olimpiya Komitələrinin (AOK) bayrağı gətirilərək qaldırılıb və andiçmə mərasimi baş tutub. Tədbirdə çıxış edən AOK-un prezidenti Yanez Koçiyançiç bildirib ki, Belarusda belə bir yarışın keçirilməsi böyük şərəfdir: "Bütün dünyanın diqqəti bu Oyunlara cəmlənib. Bəzi idmançılara Tokio üçün yol reallığa çevrilə bilər. Ən yaxşı idmançılar 2020-ci il Olimpiya Yay Oyunlarına vəsiqə əldə edəcəklər".
O qeyd edib ki, qarşıda hər kəsi 10 günlük yüksək səviyyəli yarış gözləyir.
Belarus prezidenti Aleksandr Lukaşenko çıxışında belə nəhəng layihəni həyata keçirməkdən qürur hissi keçirdiklərini vurğulayıb. O bildirib ki, belaruslu idmançıların Minsk-2019 II Avropa Oyunlarındakı uğurları ölkə üçün böyük nailiyyət sayılacaq. O, bütün yarış iştirakçıları və qonaqları salamlayaraq, II Avropa Oyunlarını açıq elan edib.
Sonra Oyunların arenadakı məşəli "Sülh məşəli"i ilə alovlandırılıb. Mərasim atəşfəşanlıqla başa çatıb.
Qeyd edək ki, Avropa Oyunları iyunun 21-30-da keçiriləcək. 50 ölkənin 4000-dək idmançısının qatıldığı yarışda 15 növ üzrə 200 dəst medal oynanılacaq.
***
Saat 23:00
II Avropa Oyunlarının açılış mərasimi keçirilir.
APA-nın Belarusa ezam olunmuş müxbirinin verdiyi məlumata görə, mərasim Belarusun paytaxtı Minskdəki “Dinamo” Milli Olimpiya Stadionunda təşkil olunub.
Azərbaycan millisinin də qatıldığı multiidman yarışının açılış mərasimi 3000 könüllünün meydana çıxması ilə başlayıb.
Tədbirdə Azərbaycanı rəsmi şəxslərdən Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Heyətdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər rəsmi şəxslər yer alıblar.


















Tahir Hümmətov
Digər xəbərlər
XƏBƏR LENTİ
Ərdoğan: “Suriyada 1 milyon qaçqının məskunlaşması üçün hazırlıq görülür”
Türkiyədə “Müstəqil Azərbaycan - Heydər Əliyev” mövzusunda konfrans keçirilib
Türkiyədə saxta erməni soyqırımı iddialarına cavab vermək məqsədilə sayt yaradılıb
Bakıda tibbi preparatların istehsalı müəssisəsi açılıb
MN: Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi planda yoxdur
İranın Azərbaycandakı səfirliyində baş verən tüstülənmənin yanğına keçməsinin qarşısı alınıb - YENİLƏNİB - FOTO
Yunan-Roma güləşi üzrə Azərbaycan yığması Minskdə təlim-məşq toplanışına başlayıb
Dmitri Medvedev WADA-nın qərarını anti-Rusiya isteriyasının davamı adlandırıb
Ermənistan telekanalının İğdırı erməni şəhəri kimi təqdim etməsi Türkiyədə narazılığa səbəb olub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni səlahiyyət verilir
Səfir: "Bu il Meksika ilə Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 42,8 milyon dollara çatıb"
Hacıqabul Sənaye Məhəlləsində yeni zavodun təməli qoyulub
WADA-nın Rusiya ilə bağlı qərarı futbol üzrə dünya çempionatına da şamil olunacaq
Dolların sabahkı məzənnəsi açıqlanıb
BP: "Şəfəq-Asiman" blokunda kəşfiyyat qazmasına hazırlıq gedir
Əlişir Musayev “Əmək” ordeni ilə təltif edilib
FİFA Rusiya ilə bağlı WADA-nın qərarına şərh verib
Azərbaycanda "Helikopter servis mərkəzi"nin təməli qoyulub - FOTO
Avropa Parlamentinin vitse-prezidenti: "Aİ “Şərq tərəfdaşlığı”nın gücləndirilməsinə sadiqdir"
Azərbaycanda sığorta şirkətlərinin qiymətləndirmədə vahid yanaşmaya maraq göstərməmələrinin səbəbləri açıqlanıb
Tsereteli: “Azərbaycandakı proseslər ümidvericidir”
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Naxçıvan Ali Məclisinə seçkilər keçiriləcək
Prezident İlham Əliyev Vladimir Zelenskiyə başsağlığı verib
Zaqatalada qısqanclıq zəminində arvadını öldürən şəxsin məhkəməsi başlayır
Prezidentin iki köməkçisi Dövlət Neft Fondu Müşahidə Şurasında təmsil olunacaq
"Tufandag Mountain Resort" qış mövsümünə start verib - FOTO
Bakıda qadının ögey övladlarına işgəncə verməsi ilə bağlı araşdırmalar Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb
Azərbaycanın ixrac missiyası Dubayda səfərdədir
Bakıda 14 evdən oğurluq edən şəxs tutulub
İstirahət günləri yol qəzalarında 6 nəfər ölüb - RƏSMİ
Bakıda iki avtomobil toqquşub, ölən var
Almaniya XİN: Ukraynanın şərqində insanlar uzun müddətdir sülh gözləyirlər
Yeni Suraxanıda daxili yolların təmirinə 7,8 milyon manat ayrılıb - SƏRƏNCAM
Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib
Bakıda qadının 8 min manatlıq qızılı oğurlanıb
Şahin Mustafayev: "Samur çayı üzərində tikilən körpü Azərbaycan-Rusiya əlaqələrinin inkişafına yönəlib"
AMEA doktorantura və dissertanturaya qəbul elan edib
BP Azərbaycanda müəllimlər üçün kurikulum metodikasına dair bələdçi kitab və terminlər lüğəti hazırlayıb
ATƏT PA-nın prezidenti: “Avropa üçün ağrılı olan Dağlıq Qarabağ münaqişəsi həll edilməlidir”
Şahin Mustafayev: Şimal-Cənub dəhlizi ilə yükdaşımaların həcmi bu il 60%-dən çox artıb
Ermənilərə verilən növbəti diplomatik cavab: faktla danışanda düşmən susur - TƏHLİL
Türkiyə və İran XİN başçıları arasında görüş olub
Hacıqabulda izolyasiya materiallarının istehsalı zavodu açılacaq
WADA-nın Rusiya ilə bağlı qadağası peşəkar boksa şamil olunmayacaq
Vyaçeslav Koloskov: “Qəti şəkildə əminəm ki, WADA-nın qadağaları futbola toxunmayacaq”
Azərbaycana səfər edən çinlilərin sayı 63 faizdən çox artıb
Azərbaycan Ordusunun komandir heyətinin toplanışı keçirilir
“Bestcomp Group” şirkəti rebrendinq etdi - FOTO - VİDEO
Türkiyədə bomba partlayıb, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

Psixoloqların diaqnostik qiymətləndirilməsi üzrə imtahan proqramı açıqlanıb

Hər zaman aldığımız karamel nədir və onun hansı növləri var? - FOTO - VİDEO

Azərbaycan yığmasının 7 cüdoçusu “Top-20”də yer alıb

“Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub - FOTOSESSİYA

Ağstafada iki ədəd 122 mm-lik raket aşkar olunub
Arxiv
TOP 5
Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
Azərbaycanda magistraturaya qəbul prosesi sadələşdirilə bilər
Deputat İqbal Məmmədovun oğlunun həbs müddəti uzadılıb
İslahatların yaratdığı zərurət: yeni dönəm mediası