III Avropa Oyunlarının ev sahibi müəyyənləşib

III Avropa Oyunlarının ev sahibi müəyyənləşib
# 22 iyun 2019 13:05 (UTC +04:00)

2023-cü ildə keçiriləcək III Avropa Oyunlarının ev sahibi müəyyənləşib.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, qitəmiqyaslı multiidman yarışı Polşanın Krakov şəhərində baş tutacaq.

Bu barədə qərar Avropa Olimpiya Komitələrinin (AOK) Belarusun paytaxtı Minskdə keçirilən növbədənkənar Baş Assambleyasında verilib. Tədbir iştirakçıları Avropa Oyunları-2023-ə yeganə namizədi dəstəkləyiblər.

Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Azərbaycanın paytaxtı Bakıda təşkil olunub. II Avropa Oyunları isə hazırda Belarusun paytaxtı Minskdə keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR