III Avropa Oyunlarının ev sahibliyinə Krakov şəhərinin namizədliyi irəli sürülüb

III Avropa Oyunlarının ev sahibliyinə Krakov şəhərinin namizədliyi irəli sürülüb
# 06 iyun 2019 16:47 (UTC +04:00)

2023-cü ildə keçiriləcək III Avropa Oyunlarına ev sahibliyinə bir şəhər namizədliyini irəli sürüb.

APA-nın məlumatına görə, Avropa Olimpiya Komitələri (AOK) Polşanın Krakov şəhərinin namizəd olduğunu açıqlayıb.

Ev sahibliyi ilə bağlı sifarişlərin qəbulu mayın 31-də başa çatıb.

Daha əvvəl Rusiyanın Kazan şəhərinin də namizədlik verəcəyi gözlənilirdi.

Qeyd edək ki, III Avropa Oyunlarının ev sahibi AOK-un iyunun 22-də Belarusun paytaxtı Minskdə keçiriləcək növbədənkənar Baş Assambleyasında müəyyənləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR