
- apa.az
- Olimpiada
Kamandar Məcidov: "Mən də dedim ki, görüm prezident olmağı bacarıram, ya yox" - MÜSAHİBƏ
Belarus Güləş Federasiyasının prezidenti, olimpiya, ikiqat dünya və üçqat Avropa çempionu Kamandar Məcidov Minsk-2019 II Avropa Oyunlarına ezam olunmuş azərbaycanlı jurnalistlərə müsahibə verib. Təcrübəli mütəxəssis APA-nın əməkdaşının da suallarını cavablandırıb.
- II Avropa Oyunlarının, o cümlədən güləş yarışın gedişini necə dəyərləndirirsiniz?
- Özünüz gördüyünüz kimi, güləş yarışının keçirildiyi İdman Sarayının şəraiti yaxşıdır. Kimin çempion olub-olmayacağı döşəkdə dəqiqləşəcək. Düşünürəm ki, Azərbaycan millisi Rusiyadan sonra ikinci ən güclü komandadır. Postsovet ölkələrinin güləşçiləri həmişə fərqlənib. Azərbaycan yığmasının üzvləri ilk gündə 4 medal şansı qazanıblar. Onlara uğurlar arzulayıram. Bizim - Belarus komandasının da bir güləşçisi finala yüksəlib, digəri bürünc üçün mübarizə aparacaq.
- I Avropa Oyunlarında da iştirak etmişdiniz. Minsk 2019-da hansı fərqləri görürsünüz?
- Gəlin, onları bir-birindən ayırmayaq. Hər ölkə özünü yaxşı tərəfdən göstərmək istəyir. I Avropa Oyunları çox yaxşı keçmişdi. Belarusda da inkişaf gedir. Turist sayı baxımından da irəliləyiş hiss olunur.
- Bəs təşkilatçılıq baxımından hansı fərqlər var?
- Bakıda yeni idman obyektləri inşa olunmuşdu. Burada da bəzi obyektlərdə müəyyən yeniliklər edildi. Şəhər gözəlləşdirilib. Ümumiyyətlə, Minsk gözəldir. Əvvəl elə bilirdik ki, təşkilatçılıq asan başa gələcək. Amma işin içində olduqca görürsən ki, çətin məqamlar da olur. Bütün işləri təxminən iki ilə sığışdırdıq. Avropa Oyunlarının açılışı gec saatlarda olsa da, mərasim çox yüksək səviyyədə baş tutdu. Mən çox yerdə, çox açılışda olmuşam. Fikirləşirdim ki, Minskdəki elə də yaxşı alınmayacaq. Amma əla alındı.
- Sizcə, Avropa Oyunları ideyası özünü nə dərəcədə doğruldur?
- Beynəlxalq Olimpiya Komitəsi Avropa Olimpiya Komitələrini, onların işlərini sanki görmək istəmir. Məsələn, Asiya Oyunları həmişə olub. Panamerika, Afrika Oyunları da həmçinin. Amma III Avropa Oyunlarının Polşada keçiriləcəyi rəsmiləşsə də, ona dırnaqarası baxırlar. Çünki bəzi varlı ölkələr Avropa Oyunlarını keçirmək istəmirlər. Bu Oyunların da qəbul edilməsi üçün zamana ehtiyac var. Avropanın buna bir qədər öyrəşməsi lazımdır. Onlar bir az ağır tərpənirlər. Amma burada hamı bir-birinə dəstək olur, əl tutur. Bu cəhətdən çox yaxşı işlədik. Ölkə prezidenti Aleksandr Lukaşenko tapşırıq vermişdi, nazirliklər də onun icrası ilə məşğul idilər.
- Belarus Güləş Federasiyasının prezidentisiniz. Burada güləşin durumu nə yerdədir?
- Sərbəst güləşlə yanaşı, qadınlardan ibarət millimiz də güclənib. Yunan-Roma güləşində isə inkişaf gedir. Belaruslu Aleksandr Medved üçqat Olimpiya çempionudur. Hazırda 81 yaşının olmasına baxmayaraq, yenə də bizimlədir. Yarışları da izləyir.
- Azərbaycan güləşini də diqqətdə saxlayırsınızmı?
- Onları daim diqqətdə saxlayıram. Hansı idmançının kiminlə güləşəcəyini bilirəm. Azərbaycan güləşi də Sovet məktəbinin tərkib hissəsidir.
- Müəyyən müddət Belarus yığmasının baş məşqçisi idiniz. Prezident olmağınız necə rəsmiləşdi?
- 20 ilə yaxın yunan-Roma millisinin baş məşqçisi oldum. Daha sonra mənə federasiya prezidentliyi təklif edildi. Mən də dedim ki, görüm prezident olmağı bacarıram, ya yox. Gördüm ki, bacarıram (gülür).
- Adətən federasiya rəhbərləri imkanlı şəxslər olur...
- Burada federasiyalara hökumət köməklik edir. Bundan başqa, əlavə sponsorumuz var.
Tahir Hümmətov
Digər xəbərlər
XƏBƏR LENTİ
Gürcüstanın bu il idxal etdiyi benzin və dizelin 15%-i Azərbaycanın payına düşüb
BP "Azəri-Çıraq-Günəşli – 25" kitabını təqdim edib
Yeməyə ən çox pul xərcləyən Avropa ölkələrinin reytinqi açıqlanıb - TOP-10
AMB depozit hərracında 100 mln. manat vəsait cəlb edib
Səyavuş Heydərov: "İşğal olunmuş ərazilərdəki məbədlərdə heyvanların saxlanılması barədə beynəlxalq təşkilatlara məlumatlar verilib"
Masallıda ölümlə nəticələnən qəza baş verib
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında “ASAN Viza”nın tətbiqinə başlanılıb
Azərbaycan XİN Qazaxıstanın Müstəqillik Gününü təbrik edib
Daha 86 şəhidin 132 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
ƏƏSMN: Heç bir pensiyaçıdan kart məlumatları istənilə bilməz
Bakıda icra hakimiyyətinin şöbə müdiri intihar edib, cinayət işi başlanıb - RƏSMİ
Azərbaycan Beynəlxalq Bankı "AmEx" kartları ilə bağlı yeni kampaniya keçirir
Bakıda Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verib
Zelenski bu gün Azərbaycana gəlir
Azərbaycanla Həştərxan vilayəti arasında əməkdaşlığın inkişafına dair tədbirlər proqramı imzalanıb
FHN: Bu il baş verən yol qəzaları və yanğınlar nəticəsində 121 nəfərin meyiti çıxarılıb
Səhiyyə Nazirliyi: Qusarda zəhərlənən 8 nəfər evə buraxılıb - YENİLƏNİB
Azərbaycanda xarici ölkə vətəndaşlarına göstərilən rabitə xidmətlərinin dəyəri 21% azalıb
Türkiyədə Fikrət Əmirovun “Nəsimi” baletinin premyerası olub
Ramil Quliyev: “Ölkəmə Olimpidanın qızıl medalını gətirmək üçün əlimdən gələni edəcəm”
Xaçmazda avtomobil velosipedçini vuraraq öldürüb
Bakının cənub girişində təmir-bərpa işlərinə başlanılır
“Foden” əmtəə nişanlı qida əlavəsinin saxtalaşdırıldığı aşkarlanıb
Lənkəranda həkimin evindən 80 min manat oğurlanıb
Azərbaycanın xarici ölkələrlə qarşılıqlı maliyyə xidmətlərinin dövriyyəsi 15% azalıb
Cocuq Mərcanlıya marşrut avtobusları hərəkət edəcək
Bakıda nənə və nəvəsi dəm qazından boğulub
"Saipem" "Abşeron" yatağında infrastrukturun qurulmasına hazırlaşır
Şəhriyar Məmmədyarov: “Növbəti iki ildə hər şeyi əldə etməyə çalışacam”
Azərbaycan nefti həftə ərzində 3% bahalaşıb
AMB-nin valyuta məzənnələri
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
Dünya bazarlarında təbii qaz ucuzlaşıb
Neft yenidən ucuzlaşıb
DİM başqasının yerinə imtahan verənlərin 6 min manatadək cərimələnməsini və ya 2 ilədək həbs edilməsini təklif edir
Bakıda "Mercedes" markalı minik avtomobili yanıb
Bakıda mənzildə meyit aşkarlanıb
Türkiyə Prezidenti AVRO-2020-nin final mərhələsinin A qrupundakı oyunlarını Bakıda izləyəcək
ABŞ İrandakı Fordou nüvə obyektinə tətbiq olunan sanksiyaları bərpa edir
Bakıda özünü 4-cü mərtəbədən yerə atan 64 yaşlı qadın xəstəxanada ölüb - YENİLƏNİB
İraq vətəndaşlarına Çazzabeh sərhəd keçid məntəqəsindən İrana giriş qadağan edilib
Hollandiyada həmkarlar ittifaqı həftəlik iş vaxtının 30 saata endirilməsini tələb edir
Rusiyada yol qəzasında 4 nəfər ölüb
Çin bəzi ABŞ mallarına tariflərin tətbiqi qərarından əl çəkib
Bakıda sürücü avtomobilinə ziyan vuran avtoxuliqandan şikayət edib - FOTO - VİDEO
ABŞ-dakı Çin səfirliyinin iki əməkdaşı deportasiya edilib
Liqa1: Hər üç görüşdə qonaqlar qalib gəlib
Benzema “Real”ı məğlubiyyətdən xilas edib
“İnter” xal itirib, “Yuventus” liderə çatıb
Rusiyada sərnişin avtobusu aşıb, 25 nəfər yaralanıb

VİDEO XƏBƏRLƏR


Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi: "Yanğın təxminən 300 kv. metr sahəni əhatə edib" - VİDEO

Bakıda Ziya Bünyadov prospektində zəncirvarı qəza baş verib, yolda tıxac yaranıb - FOTO - VİDEO

"Ulduz" şokolad fabriki “Soyuq əllər, isti ürək” yarmarkasında iştirak edir - VİDEO

DİN ötən gün "Torqovı"da baş verən hadisə ilə bağlı məlumat yayıb - VİDEO

FOTO XƏBƏRLƏR

Psixoloqların diaqnostik qiymətləndirilməsi üzrə imtahan proqramı açıqlanıb

Hər zaman aldığımız karamel nədir və onun hansı növləri var? - FOTO - VİDEO

Azərbaycan yığmasının 7 cüdoçusu “Top-20”də yer alıb

“Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub - FOTOSESSİYA

Ağstafada iki ədəd 122 mm-lik raket aşkar olunub
Arxiv
TOP 5
Bakıda polisə odlu silahla müqavimət göstərən və "Torqovı"da asayişi pozan şəxslər barəsində cinayət işi başlanıb
Ramiz Zeynalov yanğın baş verən ərazidə nəqliyyatın hərəkətinin tənzimlənməsində iştirak edib - FOTO
Nazir müavini: “Yeni ildə 6 günlük məktəblərdə neçə gün tətil olacağı hələ müəyyənləşməyib"