MDB ölkələrinin ilk oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib

MDB ölkələrinin ilk oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib
# 27 iyun 2019 13:14 (UTC +04:00)

MDB ölkələrinin ilk oyunlarının keçiriləcəyi yeri və tarixi dəqiqləşib.

APA-nın məlumatına görə, 2020-ci ildə keçiriləcək yarışa Rusiyanın Kazan şəhəri ev sahibliyi edəcək.

Oyunlar avqustun 20-27-də baş tutacaq. Yarışda Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna yığmaları iştirak edəcək.

İlk yarışın proqramı da bəlli olub. Kazanda cüdo, sambo, çimərlik futbolu, çimərlik həndbolu, futzal, boks, tay boksu, şahmat, idman rəqsləri, qılıncoynatma, karate, daşqaldırma, qol güləşi, restlinq, idman güləşi, kəmər güləşi, atletika və basketbolun 3x3 növü üzrə mükafatlar sahibini tapacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR