"Məhsul" stadionunun təmirinə başlanıb

"Məhsul" stadionunun təmirinə başlanıb
  • Clock-gray 12:41
  • calendar-gray 10 Sentyabr 2019

Bakının Yasamal rayonu, İdman-Sağlamlıq Kompleksində (“Məhsul” stadionu) və ətraf ərazidə əsaslı təmir və tikinti işləri başlanıb.

Yasamal Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, Yasamal rayonunun mərkəzində yerləşən və son illər ərzində təmirsiz qalan azsaylı idman məkanlarından biri olan bu stadion artıq uzun illərdir ki, əsaslı təmir aparılmaması, baxımsız qalması səbəbindən pis vəziyyətə düşüb.

Buna görə burada hər hansı idman tədbirlərin keçirilməsi mümkünsüz olub, stadion gecə saatlarında tüfeyli həyat tərzi keçirən şəxslərin yığılma yerinə çevrilib, bu da ətraf binalarda yaşayan sakinlərin narazılığına səbəb olub.

Sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, həmçinin stadionun müxtəlif idman yarışları üçün yararlı vəziyyətə salmaq, burada idman qurğularını, ot örtüyünü yeniləmək məqsədilə Yasamal rayonu, İdman-Sağlamlıq Kompleksində (“Məhsul” stadionu) əsaslı təmir işlərinə başlanıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date