Minsk-2019: Altıncı günün gündəliyi

Minsk-2019: Altıncı günün gündəliyi
# 26 iyun 2019 08:00 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları ekvator xəttini keçir.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, ümumilikdə 10 gün davam edəcək yarışın 6-cı günündə tamaşaçılar doqquz idman növü üzrə mübarizəyə şahid olacaq.

Bunlardan beşində mükafatçılar bilinəcək. 16 dəst medal sahibini tapacaq.

Azərbaycan yığmasının üzvləri də Minskdə qüvvələrini nümayiş etdirəcək. Böyük ümidlər bəslənən güləş komandamızın 7, boks millisinin 3 üzvü ciddi sınaq qarşısında olacaq. Bu 10 idmançıdan dördü günü medalla tamamlamaq, altısı mükafatçılar sırasında yerini təmin etmək şansına malikdir.

26 iyun
Badminton

Kişilər, fərdi yarışlar, qrup mərhələsi
13:00. G qrupu, III tur
Ezmi Qovimuramadhoni – Vladimir Malkov (Rusiya)
Sərbəst güləş
12:20. 65 kq, 1/8 final
Hacı Əliyev - Valodya Franqulyan (Ermənistan)
13:20. 97 kq, 1/8 final
Nurməhəmməd Hacıyev - Radoslav Baran (Polşa)
57 kq, final
19:50. Mahir Əmiraslanov – Stevan Miçiç (Serbiya)
12:00. 74 kq, təsəlliverici qarşılaşm
Hacımurad Hacıyev - Kirilos Binenmpaounla (Yunanıstan)
20:30. 86 kq, bürünc medal uğrunda
Aleksandr Qostiyev - təsəllivericinin qalibi
21:00. 125 kq, bürünc medal uğrunda
Camaləddin Məhəmmədov – təsəllivericinin qalibi
Qadın güləşi
68 kq, 1/8 final
13:40. İrina Netreba - Cenni Fransson (İsveç)
Boks
17:15. 69 kq, 1/4 final
Lorenzo Sotomayor – Patriot Behrami (Kosovo)
21:15. 60 kq, 1/4 final
Cavid Çələbiyev – Otar Eranosyan (Gürcüstan)
22:15. 81 kq, 1/4 final
Alfonso Dominqes – Ziad El Mohor (Belçika)
Avarçəkmə
15:00. K-1, 200 m, qadınlar
Mariya Lorena Manolitsa
Güllə atıcılığı
Ruslan Lunyov, Nigar Nəsirova
Stend atıcılığı
Emil Cəfərov, Ruslana Cəfərova, Regina Meftahətdinova

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR