Minsk-2019: Avropanın 17-cisi, keçmiş SSRİ-nin 4-cüsü - Azərbaycan

Minsk-2019: Avropanın 17-cisi, keçmiş SSRİ-nin 4-cüsü - Azərbaycan
# 18 iyun 2019 13:31 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında iştirakçıların sayı açıqlanıb.

APA-nın məlumatına görə, iyunun 21-də açılış mərasimi olacaq multiidman yarışında 50 ölkədən 3763 idmançının çıxış edəcəyi dəqiqləşib.

15 idman növü üzrə mübarizə aparacaq bu idmançılar 200 dəst medalın sahibini dəqiqləşdirəcəklər. Ölkələrin Minks-2019-dakı təmsilçi sayında Fransa liderdir. Bu komanda Belarusun paytaxtına 281 atletlə gələcək.

İkinci yerdə Rusiya qərarlaşıb ki, onlar da liderdən 56 idmançı azdır. İlk “üçlüy”ü meydan sahibləri qapayır. Bütün növlərdə təmsil olunmaq hüququna malik Belarusu 221 atlet təmsil edəcək.

Azərbaycan yığması ikinci dəfə təşkil olunan mötəbər yarışa 80 idmançı ilə qatılacaq. Millimiz təmsilçi sayına görə Avropada 17-ci pillədə qərarlaşıb. Keçmiş SSRİ-nin Avropa Olimpiya Komitəsinə üzv olan ölkələri arasında 4-cü olan Azərbaycan yalnız Rusiya, Belarus və Ukraynadan geri qalır. Əvəzində yığmamız Serbiya, İsveç, Xorvatiya, Norveç kimi aparıcı idman ölkələrini qabaqlayır.

Qeyd edək ki, Minsk-2019 iyunun 30-da yekunlaşacaq.

N

Ölkə

İdmançı sayı

1

Fransa

281

2

Rusiya

225

3

Belarus

221

4

Ukrayna

197

5

Almaniya

162

6

İtaliya

161

7

Polşa

151

8

İspaniya

150

9

Macarıstan

125

10

Rumıniya

124

11

Çexiya

120

12

Türkiyə

110

13

Böyük Britaniya

101

14

Portuqaliya

99

15

Hollandiya

87

16

Bolqarıstan

86

17

Azərbaycan

80

18

İsveçrə

78

19

Slovakiya

74

20

Litva

73

21

Sloveniya

72

22

Estoniya

68

23

Serbiya

66

24

İrlandiya

65

25

Gürcüstan

61

26

Yunanıstan

61

27

Danimarka

59

28

Avstriya

57

29

Latviya

52

30

Belçika

51

31

İsveç

51

32

Moldova

50

33

Xorvatiya

45

34

Kipr

39

35

Norveç

39

36

Ermənistan

37

37

Finlandiya

35

38

İsrail

33

39

Lüksemburq

24

40

Bosniya və Hers.

17

41

Albaniya

12

42

Andorra

12

43

Kosovo

12

44

Monteneqro

9

45

Şimali Makedoniya

9

46

İslandiya

7

47

Monako

5

48

San-Marino

5

49

Malta

4

50

Lixtenşteyn

1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR