Minsk-2019: Azərbaycan 14-cü medalını qazanıb - FOTOSESSİYA

Minsk-2019: Azərbaycan 14-cü medalını qazanıb - FOTOSESSİYA
# 26 iyun 2019 21:24 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında sərbəst güləş üzrə 125 kq çəki dərəcəsində mükafatlar uğrunda görüşlər başlayıb.

APA-nın Minskə ezam olunmuş məlumatına görə, Azərbaycan yığmasının güləşçisi Camaləddin Məhəmmədov (125 kq) bürünc medal uğrunda görüşdə qüvvəsini sınayıb.

O, rumıniyalı Rares Çintoanla qarşılaşıb. 12:2 hesabı ilə qalib gələn güləşçimiz Minsk-2019-un bürünc mükafatına yiyələnib. Bu, sərbəst güləş yığmamızın 3-cü medalı olub.

C.Məhəmmədova qədər Mahir Əmiraslanov (57 kq) qızıl, Hacımurad Hacıyev (74 kq) bürünc mükafat qazanıb. Azərbaycan millisinin Avropa Oyunlarındakı medal sayı 14-ə çatıb. Bunlardan biri qızıl, dördü gümüş və doqquzu bürüncdür.

Qeyd edək ki, sərbəst güləş yığmamızın daha iki üzvü medalı təmin edib. Finala yüksələn Hacı Əliyev (65 kq) və Nurməhəmməd Hacıyev (97 kq) sabah çempion adı uğrunda mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR