Minsk-2019: Azərbaycan 19-cu medalını qazanıb - FOTOSESSİYA

Minsk-2019: Azərbaycan 19-cu medalını qazanıb - FOTOSESSİYA
# 28 iyun 2019 20:13 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında qadın güləşçilərin yarışları davam edir.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, 57 kq çəki dərəcəsində mükafatlar uğrunda qarşılaşmalara start verilib.

Öncə bürünc medal uğrunda qarşılaşmalar keçirilib. Azərbaycan yığmasının üzvü Alyona Kolesnik də xalça üzərinə çıxıb. 1/8 finalda macarıstanlı Ramona Qalambosa 10:0 hesabı ilə qalib gəlib, 1/4 finalda bolqarıstanlı Mimi Xristovaya 0:6 hesabı ilə uduzduqdan sonra təsəlliverici görüşdə Françeska İndelikatanu (İtaliya) 12:1 hesabı ilə məğlub edən güləşçimiz türkiyəli Bediha Gün ilə üz-üzə gəlib. İlk hissədə xal qazanan türkiyəli önə keçsə də, güləşçimiz əzmkarlıqla 5:3 hesablı qələbə qazanaraq bürünc medala yiyələnib. Bu, Azərbaycan yığmasının Minsk-2019-da qazandığı 19-cu medal olub.

Yığmamızın hesabında 3 qızıl, 5 gümüş və 11 bürünc mükafat var. Qeyd edək ki, bu gün daha iki qadın güləşçimiz mükafat uğrunda mübarizə aparacaq. Elmira Qəmbərova (62 kq) qızıl, Səbirə Əliyeva (76 kq) bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. Mariya Stadnik (50 kq) isə yarışların çempionu adına yiyələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR