Minsk-2019: Azərbaycan akrobatları ikinci dəfə mükafatçılar sırasına düşüblər

Minsk-2019: Azərbaycan akrobatları ikinci dəfə mükafatçılar sırasına düşüblər
# 22 iyun 2019 19:59 (UTC +04:00)

Azərbaycan akrobatları Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında növbəti mükafatlarını qazanıblar.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Ruhidil Qurbanlı və Abdulla Əl-Məsaihidən ibarət qarışıq cütlük bu dəfə balans hərəkətlərində fərqlənib.

Təmsilçilərimizin çıxışı hakimlər tərəfindən 28,160 xala layiq görülüb. Akrobatlarımız bu nəticə ilə bürünc medala yiyələniblər.

Yarışın qalibi adına belaruslular Olqa Melnik və Artur Belyakov layiq görülüblər – 29,450. Rusiyalılar Viktoriya Aksyonova və Kirill Startsev gümüşə yiyələniblər – 29,230 xal.

Qeyd edək ki, idmançılarımız az əvvəl başa çatan dinamik hərəkətlərdə də gümüş medal qazanıblar. Ümumilikdə isə Azərbaycan yığması Avropa Oyunlarında 4-cü medalını qazanıb. Bunlardan biri gümüş, üçü bürünc əyarlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR