Minsk-2019: Azərbaycan atıcıları 14-cü olublar 

Minsk-2019: Azərbaycan atıcıları 14-cü olublar 
# 28 iyun 2019 15:26 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında güllə atıcılığı yarışları başa çatır.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, bu idman növündəki son yarışda qarışıq komandalar kiçikçaplı tapança ilə 25 metrdən sərrastlığını yoxlayır.

Təsnifat mərhələsində Azərbaycan təmsilçiləri Ruslan Lunyov və Nigar Nəsirova da hədəf önünə keçiblər. Onlar 537 xal toplayıblar. Komanmız təsnifatda 14-cü olub. Növbəti mərhələyə yüksələn “səkkizlik”dən kənarda qalan atıcılarımız mübarizəni dayandırıblar.

Qeyd edək ki, güllə atıcılığı yarışları bu gün başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR