Minsk-2019: Azərbaycan avarçəkəni medal şansını itirib - YENİLƏNİB

Minsk-2019: Azərbaycan avarçəkəni medal şansını itirib - YENİLƏNİB
# 26 iyun 2019 17:55 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında kayak və kanoelərdə avarçəkmə yarışları davam edir.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan millisinin bu idman növündəki yeganə təmsilçisi Mariya Lorena Manolitsa mükafatlar uğrunda mübarizəni dayandırıb.

Qadınlar arasında 1 nəfərlik qayıqla 200 m məsafəyə yarışan rumıniyalı legioner təsnifat mərhələsini uğurla adlasa da, yarımfinal cəhdi uğursuz alınıb.

Finiş xəttinə 43,071 saniyəyə çatan xanım idmançı ilk yarımfinalın 9 iştirakçısı arasında 8-ci olub. O, sabah keçiriləcək B finalında 9-16-cı yerlər uğrunda mübarizə aparacaq.

***

Saat: 15:33

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında kayak və kanoelərdə avarçəkmə yarışları davam edir.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, bu idman növündəki yeganə Azərbaycan təmsilçisi mübarizəyə başlayıb.

Qadın kayakçılar arasında bir nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə Mariya Lorena Manolitsa ilkin mərhələdə qüvvəsini sınayıb. Finişə 44,750 saniyəyə çatan təmsilçimiz ilk qrupda 6-cı olub. O, bu göstərici ilə yarımfinal mərhələsinə yüksəlib.

Qeyd edək ki, bu mərhələnin yürüşləri Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR