Minsk-2019: Azərbaycan badmintonçusu 1/8 finala yüksəlib

Minsk-2019: Azərbaycan badmintonçusu 1/8 finala yüksəlib
# 25 iyun 2019 21:00 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarında badminton idman növündə növbəti oyunlar keçirilir.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, kişilərin fərdi mübarizəsində qrup mərhələsinin II turunun qarşılaşmalarına start verilib.

Azərbaycanı təmsil edən Ezmi Qovimuramadhoni G qrupunda ikinci matçına çıxıb. İlk turda Rumıniya idmançısı Kollins Valentin Filimona qalib gələn (2:1) badmintoçumuz bu dəfə lüksemburqlu Robert Mannla üz-üzə gəlib.

O, bu dəfə görüşün taleyini iki setdə həll edib – 2:0 (21:15, 21:18). Bu qələbə idmançımıza 1/8 finala vəsiqə qazandırıb.

Turnirin reqlamentinə əsasən, qrup mərhələsində ilk 2 yeri tutan badmintonçu 1/8 final mərhələsinə vəsiqə qazanır. Hərəyə iki qələbə qazanan E.Qovimuramadhoni və Rusiya idmançısı Vladimir Malkov rəqibləri üçün əlçatmaz olub.

Qeyd edək ki, 1/8 finala vəsiqəni təmin edən badmintonçular sabah keçiriləcək son turda üz-üzə gələcəklər. Əlavə göstəricilərə görə lider olan təmsilçimiz mövqeyini qorumaq üçün qalib gəlməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR