Minsk-2019: Azərbaycan boksçusu 1/4 finala yüksəlib

Minsk-2019: Azərbaycan boksçusu 1/4 finala yüksəlib
# 23 iyun 2019 16:09 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının boks yarışlarında 3-cü günə start verilib.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, “Uruçye Arena”da öncə 49 kq çəki dərəcəsində çıxış edən boksçular rinqə çıxıb.

Bu çəkidə çıxış edən Azərbaycan təmsilçisi Rüfət Hüseynov da mübarizəyə 1/8 finaldan başlayıb. Onun rəqibi David Alaverdian (İsrail) olub. 4:0 hesabı ilə qalib gələn boksçumuz 1/4 finala adlayıb.

Boksçumuz 1/4 finalda italiyalı Federiko Serra ilə görüşəcək. Sonuncu 1/8 finalda bolqarıstanlı Tinko Banabakova qalib gəlib. 1/4 final görüşləri iyunun 25-də baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR