Minsk-2019: Azərbaycan boksçusu 1/4 finala yüksəlib - FOTOSESSİYA

Minsk-2019: Azərbaycan boksçusu 1/4 finala yüksəlib - FOTOSESSİYA
# 24 iyun 2019 21:25 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarının boks yarışlarında növbəti döyüşlər keçirilir.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, 69 kq çəki dərəcəsində 1/8 final döyüşləri davam edir.

Azərbaycan boksçusu Lorenso Sotomayor da Oyunlarda növbəti döyüşünü keçirib. O, Bosniya və Herseqovina təmsilçisi Adem Fetahoviçlə üz-üzə gəlib. 4:1 hesabı ilə qələbə qazanan boksçumuz 1/4 finala yüksəlib.

L.Sotomayor 1/4 finalda Patriot Behrami (Kosovo) ilə qarşılaşacaq. Bu döyüş iyunun 26-da baş tutacaq.

Qeyd edək ki, L.Sotomayor Avropa Oyunlarında 1/4 finala yüksələn ikinci boksçumuzdur. Ona qədər Rüfət Hüseynov (49 kq) bunu bacarıb. Daha iki boksçumuz Cavid Çələbiyev (60 kq) və Alfonso Dominqes (81 kq) 1/8 final döyüşünə çıxacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR