Minsk-2019: Azərbaycan boksçusu 1/8 finala yüksəlib

Minsk-2019: Azərbaycan boksçusu 1/8 finala yüksəlib
# 22 iyun 2019 18:19 (UTC +04:00)

Azərbaycan milli komandasının daha bir boksçusu Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında mübarizəyə qoşulub.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən Kamran Şahsuvarlı ilk döyüşünü keçirib.

O, “Uruçye Arena”da təşkil olunan yarışın 1/16 final mərhələsində qüvvəsini sınayıb. Boksçumuzun rəqibi Giorgi Harabadze (Gürcüstan) olub. İdmançımız 4:1 hesabı ilə qalib gəlib.

K.Şahsuvarlı bu qələbə ilə 1/8 finala yüksəlib. O, bu mərhələdə Mark Dikinsona (Böyük Britaniya) 3:2 hesabı ilə qalib gələn Maykl Nevin (İrlandiya) ilə üz-üzə gələcək.

Qeyd edək ki, bunadək boksçularımızdan Tayfur Əliyevlə (56 kq) Lorenzo Sotomayor (69 kq) 1/8 finala yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR