Minsk-2019: Azərbaycan gimnastı coxnovçülükdə 14-cü yeri tutub

Minsk-2019: Azərbaycan gimnastı coxnovçülükdə 14-cü yeri tutub
# 29 iyun 2019 18:09 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının idman gimnastikası üzrə kişilərin çoxnövçülük yarışları başa çatıb.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan təmsilçisi İvan Tixonov 80,230 xalla 14-cü yeri tutub.

O, sərbəst hərəkətlərdə 14,233, turnikdə 11,966, paralel qollarda 12,933, atda 13,666, halqalarda 12,766, dayaqla tullanmada 14,666 xal yığıb. Yarışın qalibi adına isə David Belyavski layiq görülüb – 85,465. Ukraynalı Oleq Vernyayev (84,632) ikinci, rusiyalı Vladislav Polyaşov (84,464) üçüncü olub.

Sabah gimnastlar müxtəlif hərəkətlərdə qüvvələrini göstərəcək. İ.Tixonov kişilərin, Marina Nekrasova qadınların dayaqla tullanma yarışında bacarığını göstərəcək.

Qeyd edək ki, İ.Tixonov təsnifatda 79,999 xalla 13-cü olmaqla finala yüksəlib. O, sərbəst hərəkətlərdə 13,033 (21-ci yer), turnikdə 13,200 (18-ci yer), paralel qollarda 12,100 (31-ci yer), atda 13,833 (11-ci yer), halqalarda 12,933 (24-cü yer), dayaqla tullanmada 13,666 (9-cu yer) xal yığıb. M.Nekrasova isə 26,166 xalla 36-cı olub. O, tirdə 11,966 xalla 19-cu, dayaqla tullanmada 14,116 xalla ikinci olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR