Minsk-2019: Azərbaycan güləşçisi bürünc medal uğrunda görüşdə uduzub

Minsk-2019: Azərbaycan güləşçisi bürünc medal uğrunda görüşdə uduzub
# 28 iyun 2019 21:06 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında qadın güləşçilər 76 kq çəki dərəcəsində mükafatlar uğrunda mübarizəyə başlayıblar.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan millisinin üzvü Səbirə Əliyeva bürünc medal uğrunda qarşılaşmaya çıxıb.

Güləşçimiz norveçli İselin Solheymlə qarşılaşıb. 0:2 hesabı ilə uduzan təmsilçimiz yarışı medalsız bitirib.

Qeyd edək ki, qadın güləşçilərimiz yarışı üç mükafatla başa vurublar. Mariya Stadnik (50 kq) qızıl, Elmira Qəmbərova (62 kq), Alyona Kolesnik (57 kq) bürünc mükafata yiyələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR