Minsk-2019: Azərbaycan güləşçisi zədə səbəbindən finala çıxmayacaq

Minsk-2019: Azərbaycan güləşçisi zədə səbəbindən finala çıxmayacaq
  • Clock-gray 18:48
  • calendar-gray 27 İyun 2019

Sərbəst güləş üzrə Azərbaycan milli komandasının üzvü Nurməhəmməd Hacıyev Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında gümüş medalla kifayətlənib. 

APA-nın məlumatına görə, buna 97 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımızın zədə səbəbindən finala çıxmayacağı səbəb olub. 

Belə ki, təmsilçimiz bir gün öncə keçirdiyi bütün görüşlərdə qələbə qazanaraq Avropa Oyunlarının həlledici görüşünə vəsiqə qazanıb. Lakin yarımfinalda dizindən aldığı zədə bu gün özünü daha şiddətli büruzə verib. Həkimlərin tövsiyəsinə əsasən, Hacıyev bu gün Abdulrəşid Sadullayevlə (Rusiya) final qarşılaşmasına çıxmayacaq.

Bununla da Azərbaycan millisinin Avropa Oyunlarındakı medal sayı 15-ə çatıb. Bunlardan biri qızıl, beşi gümüş və doqquzu bürüncdür. 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date