Minsk-2019: Azərbaycan millisinin 7 cüdoçusu mübarizəni dayandırıb

Minsk-2019: Azərbaycan millisinin 7 cüdoçusu mübarizəni dayandırıb
# 22 iyun 2019 16:57 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları davam edir.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, yarışın ikinci günündə cüdoçular mübarizəyə qoşulublar.

Azərbaycanın 7 idmançısı da tatamı üzərinə çıxıb. Təmsilçilərimizdən heç biri axşam saatlarında keçiriləcək medal qarşılaşmalarına vəsiqə qazanmayıb.

Qadınların yarışında Aişə Qurbanlı (48 kq) Aleksandra Pop (Rumıniya) üzərində qələbə qazansa da, ispaniyalı Xulia Fiqueroaya uduzduqdan sonra mübarizəni dayandırıb.

Gültac Məmmədliyeva (52 kq) Katri Kakkonu (Finlandiya) məğlub edib. Lakin 1/4 finalda polşalı Aqata Perençə uduzub. O, təsəlliverici qarşılaşmada Odette Quffrida üzərində də qələbə qazana bilməyib.

Aleksandra Larisa Florian (52 kq) Karolina Pienkovskaya (Polşa), İçinxorlu Munxtsedev (57 kq) Eteri Lipartelianiyə (Gürcüstan) ilə ilk görüşdə məğlub olub.

Kişilərin mübarizəsində Nicat Şıxəlizadə (66 kq) ilk döyüşdə mübarizəni dayandırıb. O, Boqdan İadova (Ukrayna) məğlub olub.

Kəramət Hüseynov (60 kq) Matyaj Trbovça (Sloveniya) qalib gəldikdən sonra Tornike Tsyakadoeaya (Hollandiya) uduzub.

Orxan Səfərov (60 kq) David Starkeli (Sloveniya) udsa da, belçikalı Jorre Verstraetenə yenilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR