Minsk-2019: Azərbaycan oxatanı mübarizəni dayandırıb

Minsk-2019: Azərbaycan oxatanı mübarizəni dayandırıb
# 25 iyun 2019 12:26 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında kamandan oxatma yarışlarında pley-off mərhələsi başlayıb.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycanın bu idman növündəki yeganə təmsilçisi Ozay Qasımova klassik kamandan oxatmada 1/32 final matçına çıxıb.

Təmsilçimiz 1/16 finala vəsiqə üçün almaniyalı Senta Rixterlə (Almaniya) üz-üzə gəlib. 0:6 hesabı ilə uduzan O.Qasımova Avropa Oyunları ilə vidalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR