Minsk-2019: Azərbaycan velosipedçisi 1/32 final səddini adlaya bilməyib

Minsk-2019: Azərbaycan velosipedçisi 1/32 final səddini adlaya bilməyib
# 28 iyun 2019 15:34 (UTC +04:00)

Azərbaycan velosipedçisi Sergey Omelçenko Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarında qüvvəsini sınayıb.

APA-nın məlumatına görə, trek yarışlarında çıxış edən idmançımız sprintdə mübarizə aparıb.

Təsnifat mərhələsində 200 metri 10,805 saniyəyə qət edən yığma üzvü 22 velosipedçi arasında sonuncu olub. Buna baxmayaraq, S.Omelçenko 1/32 finala yüksəlib.

İdmançımız bu mərhələdə polşalı Mateuş Zbiqnev Rudikə rəqib olub. Sonuncu məsafəni 10,974 saniyəyə qət edib. Ondan 0,291 saniyə geri qalan velosipedçimiz 1/16 finala yüksələ bilməyib.

S.Omelçenko təsəlliverici mərhələyə qatılıb. Belaruslu Artyom Zaytsevin 10,505 saniyə nəticə göstərdiyi mərhələdə təmsilçimiz 0,210 saniyə geri qalıb. O, ispan Xose Moreno Sançesi 0,363 saniyə qabaqlasa da, mübarizəni dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR