Minsk-2019: Azərbaycan velosipedçisi sonuncu olub

Minsk-2019: Azərbaycan velosipedçisi sonuncu olub
# 30 iyun 2019 12:23 (UTC +04:00)

Belarusun paytaxtı Minksdə keçirilən II Avropa Oyunlarında velosipedçilərin keyrin yarışına start verilib.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan təmsilçisi Sergey Omelçenko da trekə çıxıb.

Velosipedçimiz 1-ci mərhələdə ikinci yürüşdə mübarizə aparıb. Beş idmançı arasında sonunu olan S.Omelçenko təsəlliverici mərhələdə qüvvəsini sınamalı olub.

Təmsilçimiz üç nəfərin mübarizə apardığı ikinci yürüşə qatılıb. Yenə sonuncu olan idmançımız yarımfinal şansını itirib.

Qeyd edək ki, 1-ci mərhələnin dörd yürüşünün hərəsindən iki, təsəlliverici mərhələdə isə hər yürüşdən bir nəfər yarımfinala yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR