Minsk-2019: Azərbaycan yığması 11 medalla 24-cü yerdə qərarlaşıb

Minsk-2019: Azərbaycan yığması 11 medalla 24-cü yerdə qərarlaşıb
# 25 iyun 2019 09:28 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında dördüncü yarış günü arxada qalıb.

APA-nın məlumatına görə, iyunun 24-də 14 dəst medal sahibini tapıb.

Azərbaycan yığması günü üç medalla başa vurub. Hər üç mükafatı cüdo yığmamızın üzvləri qazanıblar. Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) bürünc mükafat əldə ediblər.

Bununla da Azərbaycan yığmasının qazandığı medalların sayı 11-ə çatıb. Hesabında 4 gümüş və 7 bürünc medal olan millimiz Avropa Oyunlarının medal siyahısında 24-cüdür.

Ümumilikdə isə 4 gün ərzində 76 dəst medal sahibini tapıb. Rusiya yığması cədvələ başçılıq edir. 48 medalı olan şimallıları meydan sahibləri izləyir. 3-cü sırada isə Gürcüstan qərarlaşıb.

Qeyd edək ki, Minsk-2019-da 35 ölkənin idmançıları medal qazanıblar. Çempion adına isə 23 ölkədən olan atletlər yiyələniblər.

yer

ölkə

qızıl

gümüş

bürünc

cəmi

1

Rusiya

22

12

14

48

2

Belarus

11

9

18

38

3

Gürcüstan

6

5

9

20

4

Ukrayna

5

7

6

18

5

İtaliya

5

4

3

12

6

Fransa

5

0

5

10

7

İsrail

3

3

0

6

8

Belçika

3

1

1

5

9

Sloveniya

2

0

1

3

10

Hollandiya

1

5

2

8

11

Bolqarıstan

1

4

4

9

12

Çexiya

1

2

3

6

12

Portuqaliya

1

2

3

6

14

Böyük Britaniya

1

2

2

5

15

İspaniya

1

1

4

6

16

Rumıniya

1

1

3

5

17

Serbiya

1

1

2

4

18

Ermənistan

1

1

1

3

18

Kosovo

1

1

1

3

20

Türkiyə

1

0

2

3

21

Xorvatiya

1

0

1

2

21

İsveç

1

0

1

2

23

Polşa

1

0

0

1

24

Azərbaycan

0

4

7

11

25

Latviya

0

3

2

5

26

Yunanıstan

0

2

3

5

27

Estoniya

0

2

0

2

28

Moldova

0

1

2

3

29

Bosniya və Herseqovina

0

1

0

1

29

İsveçrə

0

1

0

1

29

Slovakiya

0

1

0

1

32

Almaniya

0

0

3

3

33

Avstriya

0

0

2

2

33

Macarıstan

0

0

2

2

35

Danimarka

0

0

1

1

Cəmi

76

76

108

260


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR