Minsk-2019: Azərbaycanın güllə atıcısı 35 iştirakçı arasında sonuncu olub

Minsk-2019: Azərbaycanın güllə atıcısı 35 iştirakçı arasında sonuncu olub
# 25 iyun 2019 12:50 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında güllə atıcılığı yarışları davam edir.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, kiçikçaplı tapança ilə 25 metrdən atəş açmaqda təsnifat mərhələsi başa çatıb.

Azərbaycan atıcısı Nigar Nəsirova da hədəf önünə keçib. O, 300 mümkün xaldan 273 xal toplayıb. Snayperimiz 35 idmançı arasında sonuncu – 35-ci yeri tutub. Təsnifat mərhələsində Sonya Franket (İspaniya) qalib gəlib. O, 297 xal toplayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR