Minsk-2019: Bağlanış mərasimində Azərbaycan millisinin bayraqdarı müəyyənləşib

Minsk-2019: Bağlanış mərasimində Azərbaycan millisinin bayraqdarı müəyyənləşib
# 30 iyun 2019 19:20 (UTC +04:00)

Minsk-2019 II Avropa Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib.

Bu barədə APA-nın Belarus paytaxtına ezam olunmuş əməkdaşına gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

Onun sözlərinə görə, bugünkü tədbirdə iştirakçı ölkələrin paradı zamanı bayrağı karateçi Asiman Qurbanlı daşıyacaq. O, ötən gün +84 kq çəki dərəcəsində qızıl medal qazanıb.

Qeyd edək ki, Azərbaycan Oyunları 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR